Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Prosport.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
18:43
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.
15:40
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatının finalına yüksəlib.
Prosport.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Abulaxan Jubanazarla qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn idmançı həlledici görüşə vəsiqə qazanıb. O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc medal qarşılaşmasına çıxacaq. Daha əvvəl Vüsal Qələndərzadə (81 kq) 1/8, Anna Zaytseva (63 kq) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq yarışla vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
10:00
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə start verəcək.
Prosport.Az xəbər verir ki, bu gün Anna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar.
Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Tçkayev 1/16 finalda Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova), Rəcəbli Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) duelinin güclüsü ilə görüşəcək.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
