Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Rəşid Məmmədəliyev: "Heç kimdən geri qalmıram, sadəcə, bəzən etdiyim səhvlərə görə uduzuram" - VİDEO
    6.10.2026 23:05:39

    "Çox gözəl təəssüratlarım var. Həm hazırlıq, həm çəki salmaq, həm də çəki saldıqdan sonra bərpa olunmaq mərhələsini bacardığım qədər düzgün yerinə yetirdiyimi düşünürəm. Müəllimlərimin, eləcə də komandadakı təcrübəli yoldaşlarımın məsləhətlərinə qulaq asırdım. Nəticə də göz qabağındadır".

    Prosport.Az xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) jurnalistlərə açıqlamasında deyib.

    O, doğma azarkeşlər önündə çıxış etməyin həyəcanlı olduğunu və daha yüksək nəticə üçün səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb: “Fikirləşirəm ki, səhvlərimin üzərində işləməliyəm. Özümə daha çox güvənməliyəm. Çünki güc cəhətdən heç kimdən geri qalmıram. Sadəcə, bəzən etdiyim səhvlərə görə uduzuram. Çalışacağam ki, həmin səhvləri düzəldim”.

    Cüdoçu qazandığı uğuru xüsusi olaraq kiməsə həsr etmədiyini, ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirib: “Bunu yalnız bir və ya iki nəfərə həsr etdiyimi desəm, böyük səhv olar. Çünki tanıdığım hər kəs mənə dəstək göstərir, kömək edir, tribunalar dəstəkləyir. 1-2 nəfərin adını çəkməklə hər kəsin haqqına girmək istəmirəm. Hər kəsə təşəkkürümü bildirirəm. Fikirləşirəm ki, bacardığım qədər onların ümidlərini doğrultdum”.

    3-cü yer uğrunda görüşdəki braziliyalı rəqibindən söz açan R.Məmmədəliyev ona qalib gəlmək üçün qurduqları taktikanın bəhrə verdiyini qeyd edib: “Braziliyalı idmançını yaxşı tanıyırdım. Təlim-məşq toplanışlarında onunla çox güləşmişəm. Təcrübəli cüdoçudur, bundan öncə həm Olimpiada, həm də dünya çempionatında nəticələri olub. Müəllimlərlə birlikdə onun görüşlərinə uyğun plan qurduq. Həmin plana uyğun güləşdim və şükürlər olsun ki, qalib gələ bildim”.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.

    Cüdo

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24
    Cüdo

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    Cüdo

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12
    Cüdo

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29
    Cüdo

    Bakıda cüdo üzrə dünya çempionatı ilə bağlı sərgi açıldı - FOTOLAR

    8.10.2026 16:17:30
    Cüdo

    Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr etdi

    7.10.2026 20:50:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved