Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən 2 yarışda uğurla çıxış edərək qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, təmsilçimiz əvvəlcə Böyük Britaniyanın Milli Yaş Qrupları finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha sonra isə Böyük Britaniya çempionatında iştirak edən gimnastımız uğurunu təkrarlayıb. O, final mərhələsində 29.100 xal toplayaraq qızıl medala sahib olub.
Beləliklə, Tofiq Əliyev iştirak etdiyi hər iki yarışı qızıl medalla başa vurub.
