Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bu gün Mingəçevirdə keçirilməli olan parad mərasimi baş tutmayıb.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb dünəndən etibarən Mingəçevirə yağan güclü yağmurdur. Yağıntı bu gün də davam etdiyindən, keçirilməsi təxirə salınıb.
Qeyd edək ki, reqata Tərtərin Suqaovuşan kəndindəki su anbarında və Mingəçevirdəki avarçəkmə bazasında keçiriləcək. Sabah Suqovuşandakı açılış mərasimi ilə yarışa start veriləcək.

