Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
    25.09.2026 20:35:23

    “Bolt” şirkəti 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı olub.

    Prosport.Az xəbər verir ki, Dünya çempionatı ilə başlayan əməkdaşlıq “Bolt” və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur.

    Tərəfdaşlıq çərçivəsində çempionat iştirakçılarının, qonaqların və azarkeşlərin şəhərdaxili hərəkətinin daha rahat təşkili nəzərdə tutulur. Yarış günlərində tədbirə gələn istifadəçilər “Bolt” tətbiqi vasitəsilə səfərlərə 25 faiz endirimdən yararlana biləcəklər. Endirimdən istifadə qaydaları çempionat ərəfəsində açıqlanacaq.

    Eyni zamanda, “Bolt for Business” həlli təşkilatçıların və tərəfdaşların işgüzar səfərlərinin vahid platforma üzərindən idarə olunmasına imkan yaradacaq. Bu həll nəqliyyatın koordinasiyasının daha səmərəli təşkilinə və şəxsi avtomobillərdən istifadə ehtiyacının azaldılmasına xidmət edəcək.

    “Bolt for Business”in Azərbaycan üzrə rəhbəri Salman Babazadə tərəfdaşlıqla bağlı bildirib:

    “Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm idman hadisəsidir. Rəsmi mobillik tərəfdaşı kimi məqsədimiz iştirakçıların, qonaqların və azarkeşlərin şəhər üzrə hərəkətini daha rahat etməkdir. “Bolt for Business” vasitəsilə təşkilati səfərlərin daha səmərəli idarə olunmasına da dəstək verəcəyik”.

    Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu əməkdaşlığın dünya çempionatının təşkili baxımından əhəmiyyətini vurğulayıb:

    “Bakıda keçiriləcək dünya çempionatı çoxsaylı idmançı, nümayəndə heyəti və azarkeşi bir araya gətirəcək. Belə irimiqyaslı yarış zamanı mobilliyin səmərəli təşkili mühüm məsələlərdən biridir. “Bolt” ilə əməkdaşlığın həm çempionat iştirakçılarının və qonaqların rahatlığına, həm də təşkilati proseslərin daha çevik həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq. Eyni zamanda, bu əməkdaşlığın dünya çempionatından sonra da davam etməsini və uzunmüddətli tərəfdaşlığa çevrilməsini müsbət qiymətləndiririk”.

    Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışı isə oktyabrın 11-də Milli Gimnastika Arenasında keçiriləcək. Mundialda 97 ölkədən 640 cüdoçunun iştirakı nəzərdə tutulur.

    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Cüdo

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    Cüdo

    "Dünya çempionatında möhtəşəm nəticələr əldə etdik" - Elnur Məmmədli

    12.10.2026 16:51:28
    Cüdo

    Azərbaycanda qadın cüdoçuların sayı artırılır

    12.10.2026 16:37:56
    Cüdo

    "Cüdo yığmalarında "yerli və ya əcnəbi idmançı" anlayışı yoxdur" – Rəşad Rəsullu

    12.10.2026 16:17:25
    Cüdo

    Hidayət Heydərov seçim qarşısında - Olimpiya çempionuna 1 həftə vaxt verildi

    12.10.2026 15:56:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved