Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev
    23.09.2026 17:01:19

    Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Məmmədəli Mehdiyev qızıl medal qazanıb. 

    33 yaşında ilk dəfə dünya çempionu olan Mehdiyev Prosport.Az-ın suallarını cavablandırıb.

    – Veteranlar arasında dünya çempionatında qızıl medal qazanmaq barədə təəssüratlarınızı bilmək maraqlı olardı...
    – Qızıl medal həmişə şirindir, fərqi yoxdur veteran, yeniyetmə, yoxsa gənclər arasında olsun. Heç bir fərqi yoxdur, qızıl çox gözəl medaldır. Hər bir idmançının arzusu qızıl medal qazanmaqdır. Şükürlər olsun, veteranlar arasında dünya çempionatında qızıl medal qazanmaq mənə qismət oldu.

    – Siz uzun illər peşəkar karyeranızda 90 kq çəki dərəcəsində ölkəmizi təmsil etmisiniz. Veteranlar arasında mübarizəyə isə 100 kq-da qatıldınız. Yeni çəki dərəcəsinə uyğunlaşmaq və rəqiblərin fiziki üstünlükləri qarşısında hansı taktikanı seçdiniz?
    – 90 kq-da idmanla peşəkar şəkildə məşğul olan vaxt güləşmişəm. İndi də demək olar ki, 90 kq-da güləşənlər peşəkardır. O vaxt mənim çəkim həmişə minimum 97-98 kq olub. Həmişə çəki salmışam və bununla bağlı çox əziyyət çəkmişəm. 100 kq-a qalxanda isə özümü çox gümrah və yaxşı hiss edirəm. Hətta deyərdim ki, 100 kq-da güləşsəydim, nəticələrim 90 kq-dakından da üstün ola bilərdi. Vaxtında çəkimi dəyişsəydim, bəlkə də daha yaxşı nəticələr əldə edərdim.

    – Peşəkar tatami ilə veteranlar yarışının atmosferi, rəqabət səviyyəsi arasında hansı fərqləri hiss etdiniz?
    – Əlbəttə ki, peşəkar tatami ilə veteranlar arasında keçirilən çempionatın atmosferi tamamilə fərqlidir. Peşəkar yarışlarda daha çox gənc rəqiblər olur. Orada həm ağıl, həm fiziki güc, həm də taktika işlətməlisən. Veteranlarda isə, məncə, təcrübə olduğu üçün bir qədər taktika işlətmək kifayət edir. Çünki mən rəqiblərimin çoxundan həm fiziki, həm də dözümlülük baxımından güclü idim. Mənim 3 dəqiqəlik görüşümün təxminən 1,5 dəqiqəsi keçəndən sonra rəqiblər çox yorulurdu.

    – Peşəkar idmandan sonra yüksək fiziki formanı saxlayıb dünya çempionatına belə optimal vəziyyətdə yollanmaq böyük əzm tələb edir. Bu turnirə hazırlıq prosesiniz necə keçdi?
    – İdman karyeramı bitirdikdən bir müddət sonra demək olar ki, həftədə 3-4 dəfə məşq edirəm. Əlbəttə, hərdən yığmaya da gedirəm, milli komandanın məşqlərinə, yarış qabağı hazırlıqlarına qatılıram. Daimi olaraq isə Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin “Dinamo” deyilən zalında məşqlərimi davam etdirirəm.

    – Karyerası boyunca dünya reytinqində 1-ci pilləyə qədər yüksəlmiş və indi də veteranlar arasında dünya çempionu olan bir idmançı kimi, gənc cüdoçularımıza nə məsləhət görərdiniz?
    – Gənc idmançılara məsləhətim odur ki, hazırda Elcan Hacıyev, 90 kq-dan söhbət gedirsə, Murad Fətiyev və Vüqar Talıbovla əlaqədəyəm. Bacardığım qədər öz təcrübəmi və məsləhətlərimi onlarla daim bölüşürəm. Ümumiyyətlə isə gənclərə məsləhət görərdim ki, ətraflarına fikir versinlər, əsasən valideynlərinin və müəllimlərinin sözlərinə qulaq assınlar. Daim məşq etmək nəticə demək deyil. İnsan məsuliyyətli olmalıdır. Əlbəttə ki, şans da rol oynayır, amma demək olar ki, bu idmanda 99% nizam-intizamlı olmaq lazımdır. Bir də əziyyət çəkməlisən. Bunlar olandan sonra Allah həmişə yol açıb nəticə verəcək.

    – İlk dəfə veteranların yarışına qatıldınız və dünya çempionu oldunuz. Turnirdəki rəqibləriniz barədə də danışardınız. Qarşılaşdığınız rəqiblər arasında sizin üçün ən çətin olan hansı idi?
    – Rəqiblərlə bağlı onu deyə bilərəm ki, 2-ci görüşdə gürcü idmançı Eldar Mesxişvili ilə qarşılaşdım. Açığı, ondan hər hansı narahatlıq gözləmirdim. Amma onunla “Golden Score”da mübarizə apardım. Burada ümumi görüş vaxtı 3 dəqiqədir, böyüklərdə isə 4 dəqiqədir, yəni 1 dəqiqə azdır. Vaxt çox tez keçir və “Golden Score” başlayan kimi qalib gəldim. Məncə, mənim üçün ən yaxşı görüş bu görüş idi. Finalda da gürcü idmançı Nodar Beriani ilə görüşdüm. O da yaxşı, fiziki cəhətdən çox güclü idmançı idi. Amma bu dəfə təcrübə öz sözünü dedi.

    – 22-25 oktyabrda Portuqaliyanın Portimau şəhərində keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırırsınız?
    – Yox, açığı, Avropa çempionatında iştirak etmək fikrim yoxdur, planlaşdırmıram. Bu yarışa da gəlməyi əvvəlcədən planlaşdırmırdım. Hətta məşq yoldaşım dedi ki, bəlkə yarışa gedək. Mən də “gedək” dedim. Anidən qərar verdim və yarışa gəldim. Yəni, Avropa çempionatına getmək fikrim yoxdur. Gələn ay işlə əlaqədar başqa bir yarışım var. DİN-in Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinə ümumi güc strukturları arasında yarış keçiriləcək. Həmin yarışda iştirak etməyi Avropa çempionatından daha üstün hesab etdim.

    Cavid Əliyev

    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Cüdo

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    Cüdo

    "Dünya çempionatında möhtəşəm nəticələr əldə etdik" - Elnur Məmmədli

    12.10.2026 16:51:28
    Cüdo

    Azərbaycanda qadın cüdoçuların sayı artırılır

    12.10.2026 16:37:56
    Cüdo

    "Cüdo yığmalarında "yerli və ya əcnəbi idmançı" anlayışı yoxdur" – Rəşad Rəsullu

    12.10.2026 16:17:25
    Cüdo

    Hidayət Heydərov seçim qarşısında - Olimpiya çempionuna 1 həftə vaxt verildi

    12.10.2026 15:56:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved