Qaradağ rayonunun Puta qəsəbəsində “Puta” idman zalı və minifutbol meydançasının açılışı olub.
Prosport.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov idman zalı və minifutbol meydançasında yaradılmış şəraitlə tanış olub, burada məşqlərin və yarışların təşkili üçün yaradılan imkanlarla maraqlanıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan zalda voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin və yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bundan əlavə, kompleksin ərazisində minifutbol meydançası və köməkçi sahələr istifadəyə verilib.
