"15 illik peşəkar cüdo fəaliyyətimə bugündən son verirəm. Bu illər ilk növbədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Sizlərin dəstəyi ilə ölkəmizi idman sahəsində təmsil etmişəm. Hər zaman biz idmançılara dəstək olan möhtərəm cənab Prezidentə, idman ailəsinə, media nümayəndələrinə, xalqımıza təşəkkürümü bildirirəm".
Prosport.Az xəbər verir ki, bunu cüdo karyerasını bitirən Məmmədəli Mehdiyev bildirib.
O, işlədiyi Çevik Polis Alayında işinə davam edəcəyini bildirib: "Bundan sonra da Azərbaycan Respublikasına xidmət etməyə davam edərək, Daxili İşlər Nazirliyində fəalliyətimi davam etdirəcəyəm".
Qeyd edək ki, 30 yaşlı Məmmədəli Mehdiyev dördqat Avropa çempionatının bürünc medalçısıdır.

