Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Bakı Mayami səviyyəsinə çox yaxınlaşıb" – Reto Qaudentsi
    11.09.2026 22:13:05

    "Çövkən oyunu min illərdir mövcud olduğu üçün Azərbaycan polo idman növünün beşiyidir".

    Prosport.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "World Polo" şirkətinin isveçrəli rəhbəri Reto Qaudentsi deyib.

    O, Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə I Dünya Kubokunun əhəmiyyətini qeyd edib:

    "Biz 13 il əvvəl polo oynamağa başlamışıq. Çövkən oyunu bu torpaqlarda min illərdir ki, mövcud olduğu üçün Azərbaycan polo idman növünün beşiyidir. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze" ilə birgə çimərlik polosunun təşkil olunmasından qürur duyuruq. Bu möhtəşəm kurort zonasında əla hava şəraiti, böyük azarkeş kütləsi və yüksək səviyyəli idman mübarizəsi var".

    "World Polo"nun prezidenti yarışın miqyasından və Bakının üstünlüklərindən söz açıb:

    "Dünyada çox az sayda yaxşı çimərlik polosu turniri var ki, onların ən yaxşısı Mayamidə keçirilir. İndi isə Bakı bu səviyyəyə çox yaxınlaşıb. Mayami daha çox çimərlik kurortudursa, Bakı zəngin mədəniyyətə və hər cür imkana malikdir. Çimərlikdə hazırlanan meydança mükəmməldir. Turnirdə Azərbaycan, İsveçrə, Rusiya və İngiltərənin dünya səviyyəli komandaları mübarizə aparır".

    O, ilk oyunu da dəyərləndirib: "Yarışda dünyanın dörd bir tərəfindən gələn əla oyunçular və yüksək keyfiyyətli atlar yer alır. İlk qarşılaşmada İsveçrə komandası İngiltərə kollektivinə gərgin mübarizədə qalib gəldi. Bütün matçlar "PoloLine" vasitəsilə canlı yayımlanır".

    Reto Qaudentsi proqnoz vermək istəməyib: "Mən təşkilatçıyam, buna görə də tərəfsizəm (gülür)! Amma əlbəttə, isveçrəlilər qazansa, çox şad olaram. Həmçinin azərbaycanlılar, ruslar və ya ingilislər qazansa da, pis olmaram. Təşkilatçı olanda yaxşı idman olduğu müddətdə hər zaman şad olursan".

    Qeyd edək ki, günün ilk matçında "Red Star" (Böyük Britaniya) və "Sent Morits" (İsveçrə) komandaları üz-üzə gəlib. Görüş İsveçrə təmsilçisinin 7:6 hesablı qələbəsi ilə başa çatıb. Günün 2-ci qarşılaşmasında isə "Elit" (Azərbaycan) "Moskva" (Rusiya) polo klubuna 7:3 qalib gəlib. Beynəlxalq turnirə sentyabrın 13-də yekun vurulacaq.

    Digər idman növləri

    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək

    15.10.2026 18:16:04
    Digər idman növləri

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59
    Digər idman növləri

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51
    Digər idman növləri

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32
    Digər idman növləri

    İstanbulda qolf üzrə ənənəvi "Zəfər Turniri 2026" keçirilib

    13.10.2026 20:40:48
    Digər idman növləri

    AMADA idmançını 2 il müddətinə diskvalifikasiya etdi

    13.10.2026 16:40:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu beynəlxalq yarış ilk dəfə keçiriləcək

    15.10.2026 18:16:04

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved