Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə Dünya Kubokunda daha bir görüş baş tutub.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit" Rusiyanın "Moskva" klubu ilə üz-üzə gəlib.
Görüş Azərbaycan yığmasının 7:3 hesablı qələbəsi ilə başa çatıb. 5 qolu Elçin Camallı, 2 qolu Tərlan Qurbanəliyev vurub.
Qeyd edək ki, günün ilk matçında "Red Star" (Böyük Britaniya) və "Sent Morits" (İsveçrə) komandaları qarşılaşıb. Bu görüşdə İsveçrə təmsilçisi 7:6 hesablı qələbə qazanıb.
"Elit" sabah Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gələcək. Digər oyun isə "Sent Morits" (İsveçrə) və "Moskva" (Rusiya) arasında keçiriləcək. Qaliblər sentyabrın 13-də final, məğlublar isə 3-cü yer uğrunda qarşılaşacaq.
