İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri finala yüksəliblər.
Prosport.Az xəbər verir ki, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük buna nail olub. Onlar 19.050 xalla mundialın final mərhələsinə vəsiqə qazanıblar.
Dünya çempionatı sentyabrın 13-də başa çatacaq.
