Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Qış İdman Növləri Federasiyasından seminar
    10.09.2026 19:41:51

    Azərbaycan Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) əməkdaşlığı çərçivəsində Azərbaycanda qış idman növlərinin inkişafına dair 2 günlük seminarın açılışı baş tutub.

    Prosport.Az xəbər verir ki, açılış tədbirində Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və FIS-in baş katibi Urs Lehmann çıxış edib.

    Fuad Nağıyev Azərbaycan qış idman növlərinin inkişafı üçün mövcud potensialı reallaşdırmaq, idmançı və mütəxəssislərin inkişafını dəstəkləmək, eləcə də Azərbaycanın beynəlxalq qış idmanları sistemində mövqeyini gücləndirmək istiqamətində irimiqyaslı işlər görüldüyünü bildirib.

    Federasiya prezidenti qeyd edib ki, ötən il FIS ilə Dövlət Turizm Agentliyi arasında müqavilə bağlanıb və əməkdaşlığın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

    FIS-in baş katibi Urs Lehmann Azərbaycanın qış idman yarışlarının keçirildiyi beynəlxalq destinasiya kimi formalaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq çərçivəsində keçirilən seminar mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətləri üzrə vahid baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

    Seminarda Azərbaycanda qış idman növlərinin mövcud vəziyyəti, inkişaf imkanları və bu istiqamətdə vahid strateji yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub.

    Eyni zamanda, sahənin inkişafında iştirak edən əsas tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, idmançı, məşqçi və hakim hazırlığının təkmilləşdirilməsi, xizək məktəbləri və idman klublarının fəaliyyətinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrinin prosesə cəlb olunması, eləcə də mövcud infrastrukturun və gələcək ehtiyacların qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Turizm Bürosu, Azərbaycan İdman Akademiyası, "Şahdağ" Turizm Mərkəzi, Azərbaycan Qış İdman Növləri Federasiyası və FIS-in nümayəndələri, həmçinin dağ xizəyi üzrə məşqçilər iştirak ediblər.

    Seminarın nəticələri əsasında Azərbaycanda qış idman növlərinin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

    Digər idman növləri

    Azərbaycan millisi Belarusda 3 medal qazandı

    11.09.2026 11:10:52
    Digər idman növləri

    Tələbələr arasında ilk dünya çempionumuz Vətənə qayıtdı

    10.09.2026 23:14:12
    Digər idman növləri

    Bakıdakı beynəlxalq turnirin komandaları təqdim olundu

    10.09.2026 22:15:56
    Digər idman növləri

    Qış İdman Növləri Federasiyasından seminar

    10.09.2026 19:41:51
    Digər idman növləri

    Azərbaycanın 2 paraüzgüçüsü Avropa çempionatının finalında

    9.09.2026 15:21:35
    Digər idman növləri

    Paralimpiyaçımız dünya reytinqində 8-ci pilləyə yüksəldi

    9.09.2026 13:43:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İmişli" - "Neftçi": HEYƏTLƏR

    11.09.2026 15:40:22

    "Qarabağ"ın sabiq futbolçusu İsrail klubuna keçdi

    11.09.2026 15:09:09

    Sumqayıt təmsilçisi Polşa və Çexiya klubları ilə eyni qrupda

    11.09.2026 14:40:21

    Azərbaycan təmsilçilərinin Çempionlar Liqasındakı rəqibləri bilindi

    11.09.2026 14:08:43

    Karyerasını başa vurdu, bu kluba məşqçi təyin olundu

    11.09.2026 13:42:16

    "Karvan-Yevlax" ötən ay müqavilə bağladığı futbolçunu göndərdi

    11.09.2026 13:13:02

    "Neftçi"dən ayrılıb, Kiprə qayıdır

    11.09.2026 12:41:31

    "Zirə" mərakeşli futbolçu üçün nə qədər xərcə düşdü?

    11.09.2026 12:12:25

    “Mançester Yunayted” Çempionlar Liqasında 1016 gündən sonra ilk qolunu "Sabah"a vurdu

    11.09.2026 11:45:00

    Azərbaycan millisi Belarusda 3 medal qazandı

    11.09.2026 11:10:52

    "Sabah" Çempionlar Liqasının tarixinə düşdü

    11.09.2026 10:49:14

    UEFA reytinqi: Azərbaycan neçəncidir?

    11.09.2026 10:23:26

    Premyer Liqa: V tur Yevlaxda start götürür

    11.09.2026 10:01:13

    "Mançester Yunayted" uşaqlıqdan azarkeşlik etdiyim klubdur" - Valdas Dambrauskas

    11.09.2026 09:00:21

    "Sabah" mübarizə aparmaq üçün çətin komandadır" - Maykl Karik

    11.09.2026 01:44:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved