3x3 basketbol üzrə FIBA Qadın Seriyasının Pon du Qar mərhələsində qadın millimiz və "Neftçi"nin qrupu və oyun təqvimi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 31 avqust – 1 sentyabr tarixlərində Fransanın Pon du Qar şəhərində 16 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Qadın Seriyasının 21-ci mərhələsi baş tutacaq.
3x3 qadın millimiz əsas qrupa vəsiqə qazanmaq üçün təsnifat qrupunda Monqolustan və Malayziya milliləri ilə mübarizə aparacaq. Qadın millimizin ilk oyunu sabah saat 17:00-da Malayziya seçməsinə qarşı olacaq.
“Neftçi” isə B qrupunda Niderland və Misir milliləri ilə üz-üzə gələcək. "Neftçi" ilk qrup oyununu həmin gün Bakı vaxtı ilə saat 19:35-də Misir yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaq.

