Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.
Prosport.Az xəbər verir ki, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da nüfuzlu yarışda iştirak edəcəklər.
Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək. Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.
