Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    AMADA-dan ciddi uğur: Azərbaycan Avropada 1-ci oldu
    8.09.2026 12:10:53

    Fransanın Strasburq şəhərində, Avropa Şurasında antidopinq sahəsində əməkdaşlıq və Avropa ölkələrinin Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əlaqələrinin müzakirəsinə həsr olunan 2 mühüm tədbir keçirilib.

    Prosport.Az xəbər verir ki, Avropa Şurasının WADA üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 72-ci və Avropa Şurasının Antidopinq Konvensiyası üzrə (T-DO) 63-cü iclasında ölkəmiz Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

    CAHAMA-nın iclasında WADA-nın İcraiyyə Komitəsinin qarşıdakı toplantısının gündəliyi, Avropa nümayəndələrinin fəaliyyəti, OneVoice təşəbbüsü, eləcə də beynəlxalq antidopinq sistemində Avropa ölkələrinin mövqelərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

    T-DO-nun iclasında 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi, iştirakçı dövlətlərdə milli antidopinq siyasətlərinin qiymətləndirilməsi, beynəlxalq standartlar, təhsil, hüquqi məsələlər, elm və antidopinq sahəsində əməkdaşlığın inkişafı ilə bağlı mövzular müzakirə olunub.

    İclasda AMADA-nın hazırladığı 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsinin WADA ilə razılaşdırılması və qəbul edilməsi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan və İrlandiya yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkələrdir.

    Çıxış edən Təhminə Tağı-zadə bildirib ki, əsas məqsədimiz milli qaydaların yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uğurla uyğunlaşdırılması olub. Sənəd hazırlanarkən ölkədaxili hüquqi tələblər və mövcud normativ-hüquqi baza da nəzərə alınıb. Hazırlıq mərhələsində AMADA tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi, eləcə də idman federasiyalarının nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş, geniş müzakirələr aparılmışdır.

    Daha sonra T-DO alt qrupunun təqdimatları dinlənilib. "Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası" üzrə işçi qrupunun (T-DO GEMA) sədri, AMADA-nın İcraçı direktorunun müavini Rüfət Efendiyev inkişaf təqdimatı ilə çıxış edib. Bildirib ki, cari ilin sonunadək hazırlanan Tövsiyənin ilkin versiyasının T-DO Monitorinq Qrupuna təqdim olunması nəzərdə tutulur.

    Digər idman növləri

    Azərbaycanı Minskdə 3 idmançı təmsil edəcək

    8.09.2026 22:43:12
    Digər idman növləri

    Azərbaycanlı ağırlıqqaldıran Dohada tarix yazdı

    8.09.2026 22:12:06
    Digər idman növləri

    AMADA-dan ciddi uğur: Azərbaycan Avropada 1-ci oldu

    8.09.2026 12:10:53
    Digər idman növləri

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Digər idman növləri

    Badmintonçumuz Kamerunda qızıl medal qazandı

    7.09.2026 21:37:44
    Digər idman növləri

    Fəaliyyətində ciddi nöqsanlar aşkarlanan rəhbərlik istefaya göndərildi

    7.09.2026 16:17:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Polşa klubu Koxalskini kilsənin qarşısında təqdim etdi

    8.09.2026 23:21:47

    Azərbaycanı Minskdə 3 idmançı təmsil edəcək

    8.09.2026 22:43:12

    Azərbaycanlı ağırlıqqaldıran Dohada tarix yazdı

    8.09.2026 22:12:06

    Mahir Emrelinin yeni baş məşqçisi bilindi

    8.09.2026 21:45:37

    "Sabah"ın legioneri ölkəsinin tarixinə düşə bilər

    8.09.2026 21:16:00

    AFFA rəsmisinə UEFA-dan təyinat

    8.09.2026 20:31:37

    “Qızıl top”a namizədlər açıqlandı

    8.09.2026 19:44:26

    Millimiz dünya çempionatına hazırlaşır

    8.09.2026 19:06:54

    "Sabahın ulduzları" layihəsi əvəzsizdir" - Georgi Minaşvili

    8.09.2026 18:45:08

    “Mançester Yunayted” “Sabah”la oyuna itkilərlə çıxacaq

    8.09.2026 18:13:43

    Tellur Mütəllimov: "O qol mənim qismətim idi" - VİDEO

    8.09.2026 17:40:47

    "Neftçi" kanadalı müdafiəçi ilə müqavilə bağladı

    8.09.2026 17:13:05

    Azərbaycan klubunda koreyalı futbolçu

    8.09.2026 16:46:45

    Rəhim Həsənov mübahisəli epizodları şərh etdi - VİDEO

    8.09.2026 16:12:17

    Polşalı qapıçı "Qarabağ"a bu sözlərlə vida etdi

    8.09.2026 15:40:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved