4–6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.
Prosport.Az xəbər verir ki, turnirdə Fərdi Neytral İdmançılar (AIN) daxil olmaqla 6 ölkənin beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən 11 idmançısı mübarizə aparıb.
Yarışda ölkəmizi fiqurlu konkisürənimiz Veronika Jilina təmsil edib.
İdmançımız yarışın nəticəsinə əsasən 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.
