Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Federasiya rəhbərliyi AÇ-də uğursuz çıxış edən milli üzvləri ilə görüşdü – VİDEO
    30.08.2023 14:00:29

    Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa çempionatında çıxışını başa vuran qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

    Prosport.Az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə qurumun prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, həmçinin yığmanın hazırda Bakıda olan oyunçuları və texniki heyəti iştirak edib.

    Ş.Bağırov qeyd edib ki, voleybolçular qitə birinciliyində arzulanan nəticəni əldə edə bilməsələr də, sonadək mübarizə aparıblar. O, idmançıların uğurlu çıxış üçün əllərindən gələni etdiklərini vurğulayıb və onlara təşəkkürünü bildirib. Federasiya rəhbəri voleybolçulara ruhdan düşməməyi, bundan sonrakı yarışlara köklənməyi tövsiyə edib.

    Ölkədə voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və nəzərdə tutulan planlardan danışan Ş.Bağırov federasiyanın həm qız, həm də oğlan voleybolçuların yetişdirilməsi ilə bağlı işlər gördüyünü əlavə edib: “Artıq bu məqsədlə seleksiya xarakterli tədbirlər həyata keçirilib, düşərgələr təşkil olunub. Həmçinin bölgələrdə voleybola marağın artırılması və uşaqların bu idman növünə cəlb edilməsi üçün regional klublar, mərkəzlər yaradılır”.

    Görüşdə bildirilib ki, bəzi oyunçular artıq klub mövsümünə hazırlıq məqsədilə çıxış edəcəkləri komandaların bazasına yollanıb, bəziləri isə bir müddət sonra klublarına qoşulacaq. Federasiya rəhbərliyi həm xarici çempionatlarda, həm də ölkə birinciliyində mübarizə aparacaq voleybolçulara ugurlar arzulayıb.

    Daha sonra millinin üzvləri və AVF rəhbərliyi Avropa çempionatındakı çıxışla bağlı fikir mübadiləsi aparıb.

    Qeyd edək ki, Avropa çempionatının C qrupunda mübarizə aparan Azərbaycan millisi 5 xalla 6 komanda arasında 5-ci yeri tutub və 1/8 finala vəsiqə qazana bilməyib.

    Digər idman növləri

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved