Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı
    4.09.2026 12:10:32

    3 il Azərbaycanda çıxış etdikdən sonra Belarusun “Dnepr” klubuna keçən 29 yaşlı qapıçı Andrey Sinenko ölkəsinin mətbuatına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, ölkəmizdə “İrəvan” və “İmişli”nin formasını geyinmiş belaruslu qolkiper Azərbaycan futbolu və buradakı həyatından danışıb.

    – Yalnız 28 yaşınızda Azərbaycanın “İmişli” klubunda yüksək liqa təmsilçisinin əsas qapıçısı oldunuz. Anatoli Yureviçin “Energetik-BQU”dakı məktəbi sizə səbirli və çalışqan olmağı öyrətdi?

    – Şübhəsiz. Amma bundan əvvəl Azərbaycanın ikinci güclü divizionunda iki tam mövsüm keçirmişdim. Razıyam, yüksək səviyyədə debütümü gec etdiyimi demək olar. Deməli, belə olmalı imiş. Müəyyən vaxtlarda hər şeyin qaydasında getmədiyini düşünürdüm. Gənc olanda Yureviç bir dəfə mənə demişdi: “Andrey, sən gec yetişən qapıçı olacaqsan”. İllər sonra elə də oldu.

    – 2023-cü ildə Minsk “Dinamo”sundan ayrılıb Azərbaycanın aşağı liqasına keçmək qərarını vermək çətin idi?

    – Xeyr. Çox oynamaq istəyirdim. Variant yaranan kimi ailəmlə danışdım və bir neçə gün sonra artıq Azərbaycana uçdum. “Dinamo” rəhbərliyinə minnətdaram. Mənə anlayışla yanaşdılar, dəstək oldular və hər şeyi tez bir zamanda həll etməyə kömək etdilər.

    – Azərbaycanın aşağı liqası necədir?

    – Orada 10 komanda var. Yaxşı maliyyə imkanlarına, legionerlərə malik və Premyer Liqaya yüksəlmək məqsədi qoyan klublar mövcuddur. Məsələn, ötən il “Şəfa”da maaşlar Belarus yüksək liqasının aparıcı klublarındakı səviyyədə idi. Amma meydanların keyfiyyəti arzuolunan səviyyədə deyil. Mübarizə və güc futbolu çoxdur.

    – Bəs Premyer Liqa haqqında nə deyə bilərsiniz? Onun səviyyəsi Belarusun yüksək liqası ilə müqayisə oluna bilər?

    – Azərbaycan Premyer Liqası artıq tamamilə başqa səviyyədir və maliyyə imkanları da fərqlidir. Stadionlar, atmosfer də başqa səviyyədədir. Məncə, bu liqaları müqayisə etmək mümkün deyil – hazırda Azərbaycan çempionatı daha güclüdür. Orada çoxlu legioner çıxış edir. Hər komandada 10-12 əcnəbi futbolçu var. Klubların Şimiç, Puxaç, Yankoviç, Duran, Mikels, Enrike kimi oyunçuları dəvət etmək imkanları var. Bundan başqa, çoxlu güclü yerli futbolçu da mövcuddur. Düşünürəm ki, “Qarabağ”ın ötən il Çempionlar Liqasına yüksəlməsinə baxmayaraq, ölkə çempionu olmaması, liqadakı rəqabətin səviyyəsi haqqında çox şey deyir. Bu mövsüm isə “Sabah” Danimarka çempionunu 4:0 hesabı ilə məğlub edib və digər güclü komandaları keçərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

    – Azərbaycanda qalmaq variantınız var idi? Mətbuatda “Qarabağ”ın sizinlə maraqlandığı yazılırdı…

    – Bəli, variantlar var idi. “Qarabağ”ın marağı ilə bağlı yazılanlar doğrudur. Amma bu, futboldur və transfer baş tutmadı. Şərait elə gətirdi. Hazırda “Dnepr”dəyəm və komandaya maksimum dərəcədə kömək etməyə çalışıram.

    – Azərbaycandakı həyat sizə necə təsir etdi? Dil və ya mentalitet baxımından çətinlik yaşamadınız?

    – İlk il çətin idi. Hər şey fərqli və alışmadığım idi. İnsanlar, mentalitet, din, qaydalar… Amma zaman keçdikcə Azərbaycanı çox sevdik. Bakı gözəl şəhərdir. Şəhərdə dil baryeri yoxdur. Əhalinin yarısı rus dilini bilir, bilməyənlər isə ingiliscə danışırlar. Komandada ingilis dilində ünsiyyət qururduq. Müxtəlif ölkələrdən olan futbolçularla dostlaşdım və onların sayəsində xarici dil biliklərimi inkişaf etdirdim.

    – Azərbaycanda öyrəndiyiniz əsas Şərq müdrikliyi hansıdır?

    – Etibar et, amma yoxla!

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved