Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya edilib.
Prosport.Az xəbər verir ki, idmançının nümunəsində anabolik androgenik steroidlər (AAS) qrupuna daxil olan metribolon aşkarlanıb.
Fazilə İmanovanın cəzası 15 maydan qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.
