Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Bakıda 13 dünya rekordu təkrarlanıb" – Baş katib
    29.08.2023 15:12:41

    “Bakıya gələn qonaqlar hələ bu səviyyədə dünya çempionatı təşkil edilmədiyini dedilər”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının (AAF) baş katibi Emin Cəfərov Bakıda təşkil olunan dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

    Federasiya rəsmisi başa çatmaqda olan mundialın yüksək səviyyədə təşkil edildiyini bildirib: “Bu, Azərbaycanda keçirilən atıcılıq üzrə ən böyük idman tədbiri oldu. 1239 idmançı mübarizə apardı. Bu vaxta kimi belə statistika qeydə alınmayıb. Eyni zamanda mundialda 101 ölkə yarışdı ki, bu da rekorddur. Bakını tərk edənlər həm elektron poçt ünvanımıza, həm də şəxsi hesabımıza təşəkkür mesajları yazırlar. Bu bizim üçün çox xoşdur. İndi rahat deyə bilərik ki, 5 il əvvəl Cənubi Koreyada keçirilən dünya çempionatından daha yüksək səviyyədə yarış təşkil etmişik. Bunu biz deyil, iştirakçılar bildirirlər. Bizim üçün çox xoşdur”.

    Emin Cəfərov Azərbaycan idmançılarının nəticələrini yüksək qiymətləndirib: “Bu yarış bizim üçün uğurlu oldu, 3 medal əldə etdik. Dünya çempionatlarındakı sonuncu qızıl medalımızı 2001-ci ildə Qahirədə keçirilən yarışda Zemfira Meftəhəddinova qazanmışdı. Həmin dönəmdən bəri “qızıl”ımız yox idi. Son dünya çempionatında 2 medal qazanmışdıq ki, onların 1-i gümüş, 1-i bürünc idi. Bu il sayı 3-ə çatdırdıq. Say baxımından yavaş-yavaş irəliləyirik. Ümid edirik ki, növbəti yarışda daha çox medalımız olacaq. Medal qazanmasalar da, gənclərimiz bizi çox sevindirdilər. Nəticələri göz özündədir, irəliləyirlər. Gənclər arasında keçirilən dünya çempionatında 2 medalımızın olduğunu nəzərə alsaq, yığmamızın mundiallarda qazandığı ümumi medal sayı 5 olur. Bizim üçün çox yaxşı nəticədir”.

    Baş katib dünya çempionatında çox sayda rekord qeydə alındığını sözlərinə əlavə edib: “13 dünya rekordu təkrarlanıb. Bu göstəricilər həm güllə, həm də stend atıcılığında qeydə alındı. Çinli idmançının 25 metr məsafəyə tapança ilə cəld atəş yarışında 40 cəhddən 39-nu dəqiq yerinə yetirməsi tarixi rekord idi. Düşünürəm ki, bunu uzun müddət yeniləmək mümkün olmayacaq. Çünki finalda 40 atəşin hamısını dəqiq yerinə yetirmək çox çətindir. Bu göstərici yəqin ki, hələ uzun müddət tarixdə qalacaq”.

    Qeyd edək ki, dünya çempionatının son günlərində qeyri-olimpiya növləri üzrə yarışlar keçiriləcək.

    Stolüstü oyunlar

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved