Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva avqustun 30-da Avstriyanın Lints şəhərində keçiriləcək ISU yeniyetmələr üzrə Qran Pri yarışında iştirak edəcək.
Prosport.AZ xəbər verir ki, bununla əlaqədar Səbinə Əliyeva və məşqçisi Vitaliy Novikov Heydər Əliyev adına Hava Limanından yola düşüb.
Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.
