Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu
    31.08.2026 14:12:41

    Azərbaycan Premyer Liqasının III turunda “Zirə” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

    Matçdan sonra “Zirə”nin futbolçusu Ayxan Hüseynov Prosport.Az-a müsahibə verib.

    — Oyunla bağlı fikirləriniz necədir?

    — Bilirdik ki, çox çətin oyuna çıxırıq. “Neftçi”nin bizə qarşı yaxşı hazırlaşdığını bilirdik, amma biz də yaxşı hazırlaşmışdıq. Yaxşı və maraqlı oyun keçdi. Məncə, qələbəyə daha yaxın tərəf biz idik və şükürlər olsun ki, qalib gəldik. Təəssüf ki, yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Bunun üzərində çox işləməliyik. Yaxşı epizodlara giririk, onları qola çevirməliyik.

    — Konfrans Liqasında da komandanız çoxlu qol imkanları yaradırdı, amma bunlardan istifadə etməkdə çətinlik çəkirdiniz. Ümumiyyətlə, epizodlardan bu qədər az istifadə olunmasının səbəbi nədir?

    — Özümüz də bilmirik. Konfrans Liqasında da, çempionatın ilk oyunlarında da çoxlu qol epizodları yaradırıq, amma nədənsə vura bilmirik. Komandamızda hamısı yaxşı və səviyyəli futbolçulardır. Əslində, məşqlərdə belə epizodlarda çox asan qol vururuq. Amma nədənsə oyunlarda alınmır. Bunun üzərində işləyəcəyik. İnşallah, ən yaxın zamanda həmin epizodları qola çevirəcəyik.

    — Ayxan Abbasov tribunadan oyuna baxırdı. Milli komandadan dəvət gözləyirsiniz?

    — Ayxan müəllimin oyuna gələcəyini və matçı izləyəcəyini bilmirdim. Mən əlimdən gələni edirəm, çalışıram. İlk növbədə komandama kömək etməliyəm. Bundan sonra milliyə dəvət alsam, orada da bacardığımı edəcəyəm. Hələ qarşıda çətin oyunlar var. “Qarabağ”, “Sabah”, “Turan Tovuz” ... İlk növbədə həmin oyunları düşünməliyik. Sonrasına, inşallah, baxarıq.

    — Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

    — “Sabah” haqqında nə deyə bilərik? Çətin rəqibdir. Çempionlar Liqasında oynayan komandadır, onları təbrik edirəm. Amma biz də maksimum çalışacağıq. Meydana çox motivasiyalı çıxacağıq. İnşallah, yaxşı oyun keçirərik.

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved