Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək “Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026”da ölkəmizi təmsil edəcəklər.
Prosport.Az xəbər verir ki, turnir sentyabrın 23-dən 26-dək Sarayevo şəhərində Kata və Veteranlar arasında cüdo üzrə dünya çempionatı çərçivəsində təşkil olunacaq.
Hazırda Azərbaycan atletləri yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.
