Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçiriləcək beynəlxalq üzgüçülük yarışında ölkəmizi təmsil edəcəklər.
Prosport.Az xəbər verir ki, “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı – Malta 2026” sentyabrın 10-dan 14-dək təşkil olunacaq.
Hazırda Azərbaycan atletləri yarışa hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər.
