Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Seneqalda olimpiya çempionu olmaq istəyirəm" – Dünya çempionu olan güləşçimiz
    27.08.2026 19:39:49

    Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatında Azərbaycana ilk qızıl medalı Elcan Həsənov (60 kq) qazandırıb.

    O daha sonra Prosport.Az-a müsahibə verib:

    – Görüş haqqında fikirlərinizi bilmək maraqlı olardı. Finalda həmyerliniz Əlirza Heybətl ilə qarşılaşdınız və qalib gəldiniz...
    – Yarış çox yüksək səviyyədə təşkil olunub. Rəqiblərimin hamısı bir-birindən güclü idi. Finalda öz həmyerlimlə qarşılaşdım. Bu, mənim üçün fəxr idi. Şükür Allaha, doğma vətənimizdə Azərbaycan himnini səsləndirmək mənə nəsib oldu.

    – Bu çempionluqla 31 oktyabr – 13 noyabr tarixlərində Seneqalda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak hüququ əldə etdiniz. Heyətdə 1 nömrə olmaq üçün hazırlaşırsınız?
    – Bəli, bunun üçün hazırlaşırıq. Məşqlərimizi daha da artıracağıq. İnşallah, Allah nəsib eləsin, Seneqalda olimpiya çempionluğu qazanım.

    – Ümumiyyətlə, necə oldu ki, çimərlik güləşinə keçdiniz?
    – Mən keçən ildən Oyan müəllimlə (baş məşqçi Oyan Nəzərianini nəzərdə tutur – red.) bir yerdə məşq edirdim. Ötən il dünya çempionatında uduzmuşdum. 1 il ərzində Oyan müəllim və İbrahim müəllimin (köməkçi məşqçi İbrahim Yusubovu nəzərdə tutur – red.) dəstəyi ilə hazırlaşdım. Şükür Allaha, bu il həm Avropa, həm də dünya çempionu oldum.

    – Dünya çempionatında sərbəst güləşdə uduzmuşdunuz?
    – Bəli, sərbəst güləşdə.

    – Sərbəst güləş üzrə karyeranızı bitirmisiniz, yoxsa davam etdirirsiniz?
    – Xeyr, davam etdirirəm. Orada dünya çempionu olmaq mənə nəsib olmadı. Oyan müəllim sağ olsun, mənə dəstək verdi, İbrahim müəllim dəstək oldu. Məşqlərimi artırdım. İnşallah, bundan sonra da uğurlar qazanaram.

    – Yəni həm sərbəst, həm də çimərlik güləşində çıxış etmək istəyirsiniz?
    – Bəli, hər ikisində davam edəcəyəm. Düzdür, çox çətindir. Həm sərbəst, həm də çimərlik güləşi ilə məşğul olmaq asan deyil. Ancaq çalışıram ki, hər ikisində layiqincə çıxış edim və ölkəmizi yaxşı təmsil edim.

    – Qum üzərində güləşin sərbəst güləşdən əsas fərqi və çətinliyi nədədir?
    – İlk növbədə deyərdim ki, sərbəst güləş fərqlidir, çimərlik güləşi isə qum üzərində keçirilir və çox çətindir. Sərbəst güləşdə müxtəlif fəndlərdən istifadə etmək, diz üstə yerə oturmaq mümkündür. Burada isə daha diqqətli olmalısan. Bir səhv rəqibə xal qazandıra bilər. Buna görə də daha diqqətli olmaq lazımdır.

    – Yarışın Bakıda keçirilməsi sizin üçün əlavə üstünlük oldu?
    – Bəli, mənə müsbət təsir bağışladı. Daha layiqli çıxış etmək istədim və əlavə motivasiya aldım. Müəllimlərim sağ olsunlar, hamısı məni motivasiya etdi. Yarışın vətənimizdə keçirilməsi mənim üçün xüsusi idi. Ölkəmizin himnini səsləndirmək istəyirdim. Çox şükür, buna nail oldum.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved