Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində yarımfinal oyunları yekunlaşıb.
Prosport.Az xəbər verir ki, tmsilçimiz "Neftçi" klubu yarımfinal oyununda ev sahibi Macarıstan millisi ilə qarşılaşıb və rəqibi üzərində 22:14 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. "Neftçi"nin finalda rəqibi Almaniyanın "Düsseldorf Zoos" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:25 -də başlayacaq.
Qeyd edək ki, "Neftçi" bu axşam bundan əvvəlki 1/4 final oyununda Macarıstanın "Dyör" klubu ilə üz-üzə gəlib və əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20:18 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

