Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Biz təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik" - Firdovsi Umudov
    27.08.2026 10:49:00

    "Avropa birinciliyində qazanılan 15 medal planlı hazırlıq və intizamın nəticəsidir".

    Prosport.Az xəbər verir ki, bunu qurumun vitse-prezidenti Firdovsi Umudov deyib.

    O, idmançıların çıxışını və nəticələri yüksək dəyərləndirib: "11 idmançı ilə qatıldığımız qitə birinciliyindən 15 medal gətirdik. Ötən il İspaniyada keçirilən analoji yarışda medal sayı 7 olmuşdu. Orada mükafatsız qalan Nuray, Məhəmməd və Kamran bu dəfə vətənə medallarla qayıtdılar. Musab isə 17 kq fərqlə növbəti dəfə çempion oldu. İdmançının xarakterindən çox şey asılıdır və onların hər birinə inam böyükdür. Söhbət beynəlxalq yarışda ölkəni təmsil etməkdən gedirsə, idmançının hansı bölgədən olmasının heç bir fərqi yoxdur. Burada qələbə yalnız dövlət, bayraq və himn üçündür. Prezident İlham Əliyevin dediyi kimi, bu gün idmançılar beynəlxalq arenalara qalib ölkənin təmsilçiləri kimi çıxırlar".

    Umudov intizamın federasiyada prioritet olduğunu vurğulayıb: "Federasiya daxilində olan hər kəs bilir ki, nizam-intizam bütün nəticələrdən öndədir. İnzibati heyətin əməkdaşlarından tutmuş azyaşlı idmançılara qədər hər kəs intizam qaydalarına riayət etməlidir. Nəticəni yalnız belə qazanmaq mümkündür. Xaotik yanaşma və həvəskar davranışlarla idmanda ancaq təsadüfən uğur əldə etmək olar. Biz təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik".

    AAF rəsmisi beynəlxalq yarışlarda əsas məqsədin dövləti layiqincə təmsil etmək olduğunu söyləyib: "Azərbaycanda idmana xüsusi diqqət var. Gənclərin sağlam həyat tərzini seçməsi, bayrağı müxtəlif ölkələrdə ucaltması Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu idman siyasətinin nəticəsidir. Bu diqqət, qayğı və məsuliyyət həmişə hiss olunur. Gənclər və İdman Nazirliyinə, şəxsən nazir Fərid Qayıbova dəstəyə görə minnətdarlığımı bildirirəm. İstər hazırlıq prosesi, istərsə də yarışa ezam olunma nazirlik tərəfindən dəstəkləndi. Federasiya prezidenti Kamran Nəbizadə idmançıların durumu ilə mütəmadi maraqlanırdı. Məşqçilər heyəti yerli və gənc mütəxəssislərdən təşkil olunsa da, əsl peşəkarlıq və xarakter nümayiş etdirdilər".

    Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan yığması Kosovanın paytaxtı Priştinada təşkil olunan Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved