Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Mənim arzum artıq gerçəkləşib” – Stas Pokatilov
    26.08.2026 03:39:48

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Sabah” “Hapoel”i 5:2 hesabı ilə məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

    “Sabah”ın qapıçısı Stas Pokatilov qarşılaşmadan sonra Prosport.Az-a müsahibə verib.

    – Emosiyaların necədir?

    – Emosiyalarım aşıb-daşır, sözüm yoxdur. Hələ də inana bilmirəm, sadəcə inanmıram ki, mənim arzum və ümumiyyətlə, bizim arzumuz gerçəkləşdi. Ona görə də, açığı, heç bilmirəm, ümumiyyətlə, nə deyim.

    – 15 ildən sonra avrokubokların əsas mərhələsinə qayıdırsan, yalnız bu dəfə statusu daha yüksək olan turnirdə. Rəqiblər arasında kimi görmək istərdin?

    – Açığı, müxtəlif mərhələlərdə bu barədə danışmışıq, arzulamışıq. Bilmirəm, istənilən rəqiblə qarşılaşsam, xoşbəxt olaram. Çempionlar Liqasının əsas mərhələsi... Bilmirəm, buna nə cavab verim.

    – Baş məşqçi fasilədə nə dedi? Çünki komanda yəqin ki, istədiyi nəticəni əldə etməmişdi.

    – Heç nə. Hesab oyunun əvvəlindəki kimi idi. Yəni biz qol vurmalı, qalib gəlməli idik. Ona görə də öz oyunumuzu davam etdirməli idik vəssalam.

    – İndi ümumiyyətlə soyunub-geyinmə otağında nə baş verir? 5:2 – çox möhtəşəmdir.

    – Orada xaos hökm sürürdü və düşünürəm ki, indi də bizdə xaos davam edəcək. Haradasa birlikdə toplaşacağıq və bu qələbəni mütləq qeyd edəcəyik. Artıq püşkatmaya hazırlaşacağıq və gözləyəcəyik ki, nağılımız davam etsin. Püşkatmanı səbirsizliklə izləyəcəyik.

    – İndi bütün Qazaxıstanın idman səhifələrində xəbərlərə baxıram. Səni burada gözləyərkən yazırlar ki, Qazaxıstan millisinin futbolçusu inanılmaz qələbə qazanıb və avrokubokların əsas mərhələsinə yüksəlib. İndi artıq əsas heyətdə milli komandaya çağırılacağını gözləyirsən?

    – Genişləndirilmiş heyətə düşmüşəm. Məşqçilərlə əlaqə saxlamışam. Milli komandanın məşqçiləri mənə zəng ediblər. Mən həmişə demişəm ki, milli komandaya çağırılsam, çox xoşbəxt olaram. İstənilən idmançı, istənilən futbolçu üçün milli komandaya çağırılmaq zirvədir. Mənim üçün də istisna deyil. Mən də gözləyirəm.

    –  Sürətli, uğursuz qollar buraxdınız. Müdafiəçilərlə nə baş verdi ki, onlar...

    – Yəni necə... “Uğursuz qollar”, “sürətli qollar” nə deməkdir? Bilirsiniz, indi adi azarkeşlər bu mövzunu bir az qabartmaq istəyəcəklər ki, guya kimsə səhv edib. Xeyr. Bizim oyunumuz sürətli çıxışlar üzərində qurulub. Bəzən müəyyən anlaşılmazlıqlar da olur, bu normaldır. Oyunumuzun mahiyyəti də bundan ibarətdir. Sadəcə, onlar bizim bəzi hazırlıqlarımıza hazır idilər. Onların məşqçisi də deyirdi ki, futbol xırdalıqlardan ibarətdir. Düşünürəm ki, onlar bizim sürətli çıxışlarımıza və hücuma tez keçməyimizə qarşı hazır idilər. Ona görə də bu normaldır. Orada kimsə nəsə deyəcək, necə deyirsiniz, “uğursuz qollar”... Mən buna diqqət yetirmirəm.

    – Qələbənin həlledici məqamı nə oldu? Hansı andan sonra düşündünüz ki, artıq qalib gələcəyik?

    – Düşünürəm ki, 4:2 olanda, dördüncü qolu vuranda.

    – Umaralinin qolu qələbədə həlledici oldu? 2:2-dən sonra...

    – Düşünürəm ki, qolların hər biri çox vacib idi. Sadəcə, dördüncü qolla onları tam sındırdıq. Düşünürəm ki, onların özünəinamını da qırdıq və özümüzə daha çox inam qazandıq. Ona görə də qolların hər biri çox uğurlu və vacib idi.

    – Çempionlar Liqasında məqsəd nə olacaq? Məsələn, “Qarabağ”ın həmin mövsümdəki uğurunu təkrarlaya bilərsiniz?

    – Mən “Qarabağ”ın uğurunu təkrarlamaq barədə proqnoz vermək və düşünmək istəmirəm. Xeyr, bizim öz tariximiz var, “Qarabağ”ın da öz tarixi. Biz ora öz oyunumuzu göstərmək üçün çıxacağıq. Düşünürəm ki, bu oyun Azərbaycanda hər kəsin xoşuna gəlir, hamı bundan zövq alır. Ona görə də mən “Qarabağ” haqqında danışmaq istəmirəm, “Sabah” haqqında danışmaq istəyirəm.

    – “Sabah” üçün həm Premyer Liqada, həm də avrokuboklarda çıxış etmək çətin olacaq? Çempionluğu davam etdirə biləcəksiniz? Çünki “Qarabağ” da Çempionlar Liqasında oynadığı həmin mövsümdə çempion ola bilməmişdi.

    – Bəli, bəli, çempionatda daha çətin olacaq. Amma bunun üçün bizim güclü ehtiyat oyunçular skamyamız var. Rəhbərlik də məhz buna görə yeni transferlər etdi. Düşünürəm ki, artıq zaman göstərəcək.

    – Belə bir oyundan sonra bərpa olunmaq nə qədər çətindir? Bərpa üçün daha çox vaxt lazımdır?

    – Düşünürəm ki, bəli. Burada Velko Simiçdən başqa heç kim Çempionlar Liqasının qrup mərhələsində oynamayıb. Düşünürəm ki, hər halda, hamı bir növ şok vəziyyətindədir, hamı... Bilmirəm, bunu necə təsvir edim. Yəni, bəli, əlbəttə, bərpa olunmaq üçün daha çox vaxt lazımdır, amma neyləmək olar? İndi qələbəni qeyd edəcəyik və çalışacağıq... Əsas odur ki, püşkatmaya qədər bərpa olunaq (gülür), rəqibləri görək. Ən vacib məsələ budur.

    – Bəs püşkatma necə? Məsələn, hansı klubla qarşılaşmaq istərdin? Avropada hansı komandaya azarkeşlik edirdin ki, onunla oynamaq istəyərdin?

    – Mənim sevimli klubum “Arsenal”dır. Püşkatma bizi kiminlə qarşılaşdıracaqsa... Əslində, oradakı bütün klublar, xüsusilə də birinci səbətdə olan komandalarla oynamaq hər bir futbolçunun arzusudur. Bu stadionlarda həmin komandalarla oynamaq hər bir futbolçunun arzusudur. Mənim üçün də istisna deyil. Mənim arzum artıq gerçəkləşib və hazırda püşkatmada... Bilmirəm, deyə bilmərəm ki, konkret olaraq hansısa bir komandanı seçirəm, filankəslə oynamaq istəyirəm. İstənilən rəqibi top səviyyəli komanda və öz arzum kimi qəbul edəcəyəm.

    – Bu, məsələn, daha yaxşı klublara getmək, özünü göstərmək üçün bir tramplin olacaq?

    – İnşallah, niyə də olmasın?

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved