Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov
    24.08.2026 23:42:52

    Bu gün Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb.

    Açılış mərasimindən sonra Ulduz Futbol Akademiyasının direktoru Mehman Əlimov jurnalistlərin suallarını cavablandırıb.

    – Mehman müəllim, ilk növbədə turnir barədə...

    – İlk öncə sizi Quba şəhərində xoş gördük. Bildiyiniz kimi, “Ulduz Cup” beynəlxalq futbol turniri artıq üçüncü dəfədir Azərbaycanda keçirilir. İlk dəfə Zaqatalada təşkil olunmuşdu və turnirdə 4 beynəlxalq, 4 yerli komanda iştirak etmişdi. Ötən il isə 8 beynəlxalq və 4 yerli olmaqla, ümumilikdə 12 komanda mübarizə aparmışdı. Bu il keçirilən III “Ulduz Cup”da 7 beynəlxalq və 5 Azərbaycan komandası iştirak edir. Ümumilikdə 12 komanda 3 qrupda mübarizə aparacaq. Turnir 2015-ci il təvəllüdlü uşaqlar arasında keçirilir. Yarış Gənclər və İdman Nazirliyi, Ulduz Futbol Akademiyası və AFFA-nın təşkilatçılığı ilə keçirilir. İnşallah, gözəl turnir alınar. Güclü olan qazansın.

    – Yəqin ki, əsas məqsəd uşaqlar arasında futbola olan marağı daha da artırmaq və beynəlxalq inteqrasiyanı təmin etməkdir.

    – Bəli, bu beynəlxalq turnirin keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan futbolunu qlobal futbol aləminə tanıtmaq və ölkəmizdə futbolun kütləviliyini artırmaqdır. İnşallah, bizim uşaqlarımız, Azərbaycan komandaları beynəlxalq səviyyədə uğurla çıxış edərlər, xarici klublarda oynayar və öz ölkələrini layiqincə təmsil edərlər.

    – Yəni hər halda əsas məqsəd sırf nəticə deyil...

    – Güclü olan qazansın. Bu, uşaq futboludur və burada əsas məsələ inkişafdır. Təbii ki, turnirin sonunda birinci və ikinci yerləri tutan komandalar kubokla təltif olunacaq. Amma ümumi məqsəd futbolun inkişafı və futbola marağın, kütləviliyin artırılmasıdır.

    – Ulduz Futbol Akademiyasının rəhbəri olaraq siz bu inkişafı hiss edirsinizmi? Üçüncü dəfədir komandanız turnirdə iştirak edir. Akademiyada və komandada əvvəlki illərlə müqayisədə fərq varmı?

    – Bəli. Ulduz Futbol Akademiyasını 2020-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaratmışıq. Əvvəlcə 4 komandamız var idi, hazırda isə artıq 11 komandamız fəaliyyət göstərir. Bu komandalar AFFA bayrağı altında keçirilən bütün liqalarda iştirak edirlər. Ümumiyyətlə, təkcə Qubada beynəlxalq turnir təşkil etmirik. Bizim 2015-ci il təvəllüdlü komandamız Bolqarıstanda və Trabzonda beynəlxalq yarışlarda iştirak edib. 2012-ci il təvəllüdlü komandamız Gürcüstanda olub. Bundan əlavə, avqustun əvvəlində U-16 qızlar komandamız Qırğızıstanda keçirilən beynəlxalq turnirdə qələbə qazandı və qızıl medallara layiq görüldü.

    Bahar Rüstəm

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Akademiya

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Futbol

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved