Rusiya Milli Futbol Liqasında VIII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" səfərdə KAMAZ-ın qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
