Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 123 kiloqram nəticə göstərərək 3-cü olub.
Xappayev təkanla qaldırma hərəkətində 145 kq nəticə ilə 7-ci pillədə qərarlaşıb. O, 2 hərəkətin cəmində 268 kq nəticə ilə Avropa birinciliyini 5-ci yerdə başa vurub.
