Azərbaycanın gənc ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan atlet birdən qaldırma hərəkətində 124 kq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Musab təkanla qaldırmada isə 145 kq çəkini başı üzərinə qaldıraraq daha bir qızıl medal əldə edib.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Məmmədtağıyev toplamda da Avropa çempionu olub. O, ikinci yeri tutan Hayk Movsisyanı 17 kq qabaqlayıb.
Qeyd edək ki, Musab Məmmədtağıyev yarışda 3 qızıl medal qazanaraq Azərbaycan idmanının növbəti uğuruna imza atıb.
