Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurlu çıxış edib.
Prosport.Az xəbər verir ki, yarışda 4 idmançı ilə təmsil olunan Azərbaycan millisinin bütün üzvləri medal qazanıb.
Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Muhəmməd Səttarov (60 kq) isə bürünc medal əldə edib.
Orxan Səfərovun rəhbərliyi altında mübarizə aparan yığma yarışda ümumilikdə 3 qızıl və 1 bürünc medal qazanıb.
