Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Bu mahnını klub seçib, mən də razılaşmışam” – Ərən Aydın
    23.08.2026 01:40:53

    Azərbaycan Premyer Liqasının II turunda “Zirə” doğma meydanda “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.

    Matçdan sonra “Zirə”nin futbolçusu Ərən Aydın Prosport.Az-a müsahibə verib.

    – İlk olaraq oyunla bağlı düşüncələriniz nələrdir?
    – Çox yaxşı mübarizə apardığımızı düşünürəm. Avrokuboklarda da yaxşı başlamışdıq. “Payde”yə qarşı çox yaxşı oynadıq, təəssüf ki, mübarizəni dayandırdıq. Bu gün də yaxşı oynadığımızı düşünürəm. “Şamaxı” ilə matçda da yaxşı çıxış etmişdik. Çox yaxşı başlamışıq. Rəqib komandanın nələrdə çatışmazlığının olduğunu, nələri yaxşı etdiyini, məsələn, standart vəziyyətlərdə yaxşı olduqlarını bilirdik. Məşqçimiz həftə ərzində bizi buna çox yaxşı hazırlamışdı. Əlimizdən gələn mübarizəni göstərdik. Özümə gəldikdə isə, qol vurmağımdan əlavə, daha fərqli epizodlarda da fərqlənməli idim. Bunun üçün çalışıb özümü daha da inkişaf etdirmək istəyirəm.

    – Qolunuzdan danışdınız. Bu zərbəni əvvəlcədən düşünmüşdünüz, yoxsa ötürmə etmək istəyirdiniz?
    – Doğrudan da, bir az fərqli epizod oldu. Bir qədər hava ötürməsi etmək düşüncəsində idim. Amma top qapıya getdi. Yaxşı qol olduğunu düşünürəm.

    – Sizcə, bu qol ayın qolu seçilə bilər?
    – Onu təşkilatçılar bilər. Biz bir şey deyə bilmərik.

    – Sizcə, bu oyun daha çətin idi, yoxsa ötən həftəki “Şəfa” ilə matç?
    – Bu il liqanın ötən mövsümlə müqayisədə daha yüksək səviyyədə keçirildiyini düşünürəm. Çox yaxşı rəqib komandalar var. Bu mövsümün asan keçəcəyini düşünmürəm. Hər oyun çətin olur. İndi rəqib seçmək olmaz. Gələn həftə “Neftçi” ilə oyunumuz var. Qarşıda bizim üçün çox gərgin 4 matç oynayacağıq. Bu təqvimdə əlimizdən gələn ən yaxşı mübarizəni göstərib ən yaxşı şəkildə oynamaq istəyirik.

    – Həm avrokuboklarda, həm də çempionatda demək olar ki, hər oyunda qol vurursunuz. Bu qolların davamlı olacağını düşünürsünüz?
    – Təbii ki, mən bunlar üçün buradayam. Əlimdən gəldiyi qədər qol vurmaq, assist etmək və komandaya töhfə vermək istəyirəm. Rəşad Sadıqovun mənə olan etimadını boşa çıxarmaq istəmirəm. Təbii ki, belə davam etmək istəyirəm. Allahın izni ilə bundan sonra da belə davam edəcəyəm.

    – Liqada hədəfləriniz nələrdir?
    – Əlimdən gəldiyi qədər çox qol vurub komandaya töhfə vermək istəyirəm. Müəyyən etdiyim konkret qol sayı yoxdur.

    – Qol sevinciniz zamanı Türkiyə milli komandasına həsr olunmuş musiqi (Tarkanın "Bir oluruz yanında" musiqisi) səslənir. Bu seçimin xüsusi səbəbi varmı?
    – Onu klub seçib. Mən də dəyişməsinə ehtiyac olmadığını düşündüm. Bu həftə məndən soruşdular ki, dəyişəkmi? Mən də dedim ki, ehtiyac yoxdur, qala bilər. Yəni onu mən seçməmişəm.

    – Əgər təklif gəlsə, Azərbaycan milli komandasında oynamaq istərdinizmi?
    – Təbii ki. Azərbaycan mənim üçün Türkiyə kimidir. Bu sualı mənə daha əvvəl də vermişdilər. Burada özümü çox rahat hiss edirəm. Bakıda özümü İstanbulda olduğu kimi hiss edirəm. Hamı türkcə danışa bilir, hər kəslə yaxşı ünsiyyət qura bilirəm. Bizi türklər kimi çox yaxşı qarşılayırlar. Buna görə də məmnuniyyətlə oynayaram.

    Bahar Rüstəm

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved