Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa çempionatında 2 medal qazanıb.
Prosport.Az xəbər verir ki, birdən qaldırma hərəkətində 70 kq çəkini başı üzərinə qaldıran idmançı təkanla qaldırmada 85 kq-ın öhdəsindən gələrək bürünc mükafata sahib çıxıb.
O, toplamda isə 155 kq nəticə ilə növbəti bürünc medal qazanıb.
