Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatının komanda yarışları millimiz gümüş medalla kifayətlənib.
Prosport.Az xəbər verir ki, Azərbaycanın qız və oğlanlardan ibarət qarışıq komandası Yunanıstan yığmasını 4:1, Qazaxıstan yığmasını 4:2, yarımfinalda isə Türkiyə yığmasını 4:3 hesabı ilə məğlub edib.
Cüdoçularımızın final görüşündə rəqibi yenə Fransa komandası olub. Komandamız 1:4 uduzaraq ardıcıl 2-ci il dünya çempionatının gümüş medallarını qazanıb.
Qeyd edək ki, millimiz fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla 8 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 6-cı yeri tutub.

