Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Olimpiadadan sonra legionerlərlə sağollaşacağıq” – Badminton Federasiyasının baş katibi
    19.08.2026 20:23:49

    Bakıda gənclər arasında (U-19) "Azerbaijan Juniors Open" turniri keçirilib

    Yarışdan sonra Azərbaycan Badminton Federasiyasının Baş katibi Əjdər Cəfərov Prosport.Az-a müsahibə verib.

    – Yarış barədə danışardınız. İlk dəfədir ki, ölkəmizdə "Azerbaijan International"dan sonra belə bir turnir keçirilir...
    – Bəli, ilk dəfə olaraq bu yaş qrupunda yarış təşkil etdik. Ümumiyyətlə, badmintonun inkişafı və bu yaş qrupundan olan idmançıların hazırlanması bizim əsas fokuslandığımız nöqtədir. Bu yaş qrupu idmançıları hazırlayıb yarış mühitinə uyğunlaşdırmaq, onlara yarış anlayışını aşılamaq  üçün belə bir turniri Bakıya saldıq. Sevindirici haldır ki, ilk dəfə keçirməyimizə baxmayaraq, yarışda 9 ölkə iştirak etdi. Açığı, biz 2-3 ölkənin qatılacağını düşünürdük. Amma 8 xarici və Azərbaycan olmaqla, 9 komandanın iştirakı ilə yarışın keçirilməsi bizim üçün də sürpriz oldu. İdmançılarımız yüksək əzmkarlıq nümayiş etdirdi. Ola bilsin ki, finalda məğlub oldular, amma yenə də çox xoş təəssürat yaratdılar. Ümid edirəm ki, bu yarışların davamlı keçirilməsini gələcəkdə də təşkil edəcəyik.

    – “Azerbaijan International” yarışının ölkəmizdə keçirilə müddətinə dair müqavilə var idi. Burada da belə bir şey nəzərdə tutulub? Neçə illikdir?
    – Xeyr, bu, müqavilə ilə deyil. Sadəcə olaraq ilk dəfə keçirdik. İndi istəyirik ki, belə seriyalı yarışları yeniyetmə və gənclər arasında ildə minimum 3 dəfə təşkil edək. Bildiyiniz kimi, fevral ayında “International Series” yarışımız var. Bu yarış da mütləq olacaq. Bundan əlavə, yeniyetmələr üçün daha bir seriya yarışı keçirmək istəyirik. Çünki badminton üçün doğrudan da maraq var. Xüsusən qız idmançılarımızın marağı böyükdür. Ona görə istəyirik ki, yeniyetmələri də bu prosesə cəlb edək və orada formalaşan idmançıları bu yarışlara transfer edək.

    – Bu yarış dünya badmintonunun rəsmi təqvimində var?
    – Bəli, BWF-də (Dünya Badminton Federasiyası) də, BEC-də (Avropa Badminton Konfederasiyası) də var. Gördüyünüz kimi, 3 qitədən – Avropa, Asiyadan, Amerikadan iştirakçılar vardı. Dekabr ayında isə böyüklər arasında “Caspian Cup” turnirimiz keçiriləcək. O da çox böyük yarışdır. İlk dəfə ölkəmizdə keçiriləcək.

    – Məkan hara olacaq?
    – Çox güman ki, Bakı İdman Sarayında keçirəcəyik. Çünki 300-ə yaxın idmançının gəlməsi planlaşdırılır. Onun səviyyəsi daha yüksək olacaq. Mükafat fondu da 10 min ABŞ dolları nəzərdə tutulub.

    – Burada 5 min dollar idi...
    – Bəli, burada 5 min dollar idi, orada isə 10 min dollar nəzərdə tutulub. Ümumiyyətlə, mənim idmanda gördüyüm xətt odur ki, ölkə daxilində yarışları, xüsusən də beynəlxalq turnirləri çox keçirmək lazımdır. Bu, populyarlığın artmasına kömək edir. Özünüz bilirsiniz ki, badminton ölkəmizdə yeni inkişaf edən idman növüdür. Deyə bilmərik ki, bu gün biz Avropa, dünya və ya olimpiya çempionu olacağıq. Xeyr. İlk növbədə ölkədə bu idmana marağı artırmalıyıq. Maraq üçün nə etməliyik? Yarışlar keçirməliyik. Bu, elit idman növüdür. Maraq çox böyükdür. Bu yarışları davamlı keçirməkdə məqsədimiz də ölkədə badminton idman növünə marağı artırmaqdır.

    – Səhv etmirəmsə, ilk dəfə bu yarışda legionersiz – yerli idmançılarla millimiz təmsil olundu...
    – Bəli. İlk dəfə tam yerli idmançılarla çıxış etdik, legioner yox idi. Bundan əvvəl keçirdiyimiz “International Series” yarışında legioner idmançılarımız çıxış etdi. Burada isə belə bir yanaşma olmadı. Bu yaş qrupunda da legionerlərin gətirilməsi ilə bağlı bizə müraciətlər olunur, istəklər var. Amma biz bunun qarşısını almışıq, legioner gətirmirik.

    – Yəni bundan sonra demək olar ki, Badminton Federasiyası yerli idmançılara üstünlük verəcək?
    – Tamamilə. Sıfır legioner xətti ilə gedəcəyik. Sadəcə, hazırkı legioner idmançılarımız artıq müəyyən yol keçib və Olimpiya Oyunlarına az müddət qalıb. Ona görə də onlara toxunmadıq ki, xallarını toplayıb Olimpiya Oyunlarında iştirak edə bilsinlər. Amma Olimpiadadan sonra, çox güman ki, 99% onlarla sağollaşacağıq.

    – Bir də bu yarışın müəyyən mənada xeyri var. Yaxın günlərdə gənclər arasında Avropa çempionatı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu idmançılarımızdan kimlər orada iştirak edəcək?
    – Bəli. Burada çıxış edən idmançılarımızdan Ülvi Hüseynov və digərləri 10 gündən sonra Macarıstana – gənclər arasında Avropa çempionatına yola düşəcək. Bakıdakı yarış müəyyən mənada seçim xarakteri də daşıyır. Digər ölkələrdən də burada iştirak edən və orada çıxış edəcək idmançılar var. Ümumiyyətlə, gələn il də təqvimi elə seçməyi planlaşdırırıq ki, bu yarış seçim xarakteri daşısın. İstəyirik ki, dünyanın müxtəlif ölkələrindən idmançılar gəlsin və bu yarış onlar üçün də seçim mərhələsinə çevrilsin.

    Səbuhi Musa

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved