Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Məntiqi sonluq budur” – Aydın Bayramov
    17.08.2026 21:16:50

    Azərbaycan Premyer Liqasının I turunda “Zirə” “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.

    Matçdan sonra “Zirə”nin qapıçısı Aydın Bayramov Prosport.Az-a müsahibə verib.

    – Oyunla bağlı fikirləriniz?
    – Bilirdik ki, bizə qarşı motivasiyalı olacaqlar. Premyer Liqada ilk oyunlarıdır. Onlara da uğurlar arzulayıram, yaxşı komanda yığıblar. Şükürlər olsun ki, qələbə ilə başladıq, yaxşı oynadıq.

    – Tyaqonun gedişi və yeni qapıçının zədələnməsi əsas heyətdə çıxışınızı sürətləndirdi?
    – Məntiqi sonluq budur (gülür). Mən nə deyə bilərəm ki? Yaxşı rəqabət var. İnşallah, Maykon da tez sağalar. Futboldur, belə şeylər olur. Tyaqoya da gələcək karyerasında uğurlar arzulayıram.

    – Bu mövsüm üçün hədəfiniz nədir?
    – Minimum Avropa Liqasına düşmək. Çünki çətin mövsüm gözlənilir. Digər rəqiblərə də baxsaq, həm yeni Premyer Liqaya çıxan komanda, həm aşağıda olanlar, həm də Avropa uğrunda oynayan komandalar çox yaxşı komplektləşib.

    – Çempionluq hədəfi var?
    – Nə qədər yuxarı gedə bilsək, o qədər yaxşıdır.

    – Bu mövsüm rəqabət daha çox olacaq. Mövsüm boyu komandanın və özünüzün performansını necə görürsünüz?
    – Bu, ilk tur idi. Digər oyunlara və bu matça baxsaq, görürük ki, çox mübariz oyunlar olacaq. Kim daha çox mübarizə aparacaqsa, ən çox o qazanacaq. Gələn turlarda da eyni bu oyun kimi, hamısına qələbə üçün çıxacağıq.

    – “Zirə” növbəti avrokuboklara çıxış etmək gücündədir? Heyətin hazırlığı buna imkan verir?
    – “Zirə” hər il onsuz da avrokuboklarda çıxış etmək gücündədir. Hər il bunun uğrunda oynayır.

    – "Şəfa"dakı həmkarınızın (Nicat Mehbalıyev nəzərdə tuturlur) çıxışını necə qiymətləndirirsiniz?
    – Uğurlar arzulaya bilərəm. Yaxşı çıxış etdi, yaxşı oynadı. Əslində, mənə düşmür onun haqqında nəsə demək. Biz həmkarıq, mən də qapıçıyam, o da qapıçıdır. Onun haqda məşqçilər heyəti və siz jurnalistlər nəsə deyə bilərsiniz. Ancaq dostumdur, yaxşı ünsiyyətimiz var. Ona uğurlar arzulaya bilərəm.

    – Növbəti turlarda komandadakı durumunuz milliyə nə dərəcədə təsir edə bilər? Əvvəllər milli komandaya çağırılanda ehtiyatda qalırdınız, bu dəfə isə aktiv oynayırsınız. Qarşıda Millətlər Liqasının oyunları var...
    – Düzdür, milli komandada oynamaq hər bir futbolçunun arzusudur, həmçinin mənim də. Amma bundan əvvəlki vaxtlarda da klubda az oynasam da, çağırılmışdım, həm də oynamışdım. İndi klubda stabil çıxış edirəm. Məşqçilər heyəti çağırıb-çağırmamağa qərar verəcək. Orada oynamaq və ya oynamamaq isə sonranın işidir.

    – Növbəti matç “İmişli”yə qarşı olacaq. Gözləntiləriniz nədir?
    – Ancaq qələbə. Yaxşı hazırlaşırıq. “İmişli”yə qarşı 3 oyun keçirmişik. 3-ü də heç-heçə olub. “İmişli” bizim üçün çətin rəqibdir, yaxşı mübarizə aparan komandadır. Çalışacağıq ki, yaxşı hazırlaşıb bu tilsimi qıraq və qələbə qazanaq.

    Bahar Rüstəm

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved