Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Payde”yə məğlubiyyət bizim üçün şok idi” – Anje Mutsinzi
    17.08.2026 09:36:09

    Azərbaycan Premyer Liqasının I turunda "Zirə" "Şəfa"nı 2:0 hesabı ilə məğlub edib.

    Matçdan sonra "Zirə"nin üzvü Anje Mutsinzi Prosport.Az-a  müsahibə verib.

    – “Şəfa”nı 2:0 hesabı ilə məğlub edərək mövsümə uğurlu start verdiniz. Qələbəni necə şərh edərdiniz?
    – Yaxşı oyun keçirdik. Görüş ərzində çalışırdıq ki, pressinq tətbiq edək. Düşünürəm ki, layiqli qələbə qazandıq. 3 xal əldə etdiyimiz üçün məmnunuq. 

    – Bu, “Şəfa”nın cari mövsümdə ilk, "Zirə"nin isə 5-ci rəsmi oyununuz idi. Yəni rəqib sizin nəyə qadir olduğunuzu bilirdi. Bu məqamın “Zirə”nin əleyhinə olduğunu söyləmək mümkündür?
    – Bəli, bu müəyyən qədər əleyhimizə idi. Avrokuboklarda 4 oyun keçirmişdik. Rəqib isə Premyer Liqaya yeni vəsiqə qazanıb. “Şəfa”nın oyunu barədə geniş məlumatımız yox idi. İlk 15 dəqiqədən sonra artəq necə oynayacaqlarını hiss etdik. Bu, qalan dəqiqələrdə bizə kömək oldu. Hesabda geri düşdükdən sonra rəqib pressinq tətbiq etmək istəyirdi. Bununla belə, vurduğumuz qollarla layiqli qələbə qazandıq. Artıq qarşıdakı matçlara baxacağıq.

    – “Zirə” “Payde” şokundan ayılıb? Bu klubun “Rapid”lə matçlarını izlədiniz? Sizcə, “Payde”nin yerində “Zirə” olsaydı, hansı nəticə qeydə alınardı?
    – Həqiqətən də “Payde”yə məğlubiyyət bizim üçün şok idi. Mübarizəni II mərhələdə dayandırmağımız gözlənilməz olmuşdu. Lakin “Rapid”lə qarşılaşsaydıq, necə olardı, bu barədə bir söz deyə bilmərəm.

    – “Zirə”nin cari mövsümdəki hədəfi nədir?
    – Hədəflərimiz dəyişməyib. Həmişəki kimi, hər oyuna 3 xal üçün çıxacağıq. Çempionatı bacardığımız qədər yüksək pillələrdə bitirmək istəyirik. Məqsəd ilk 3-4 komanda arasında olmaqdır. 

    – Növbəti turda “İmişli” ilə qarşılaşacaqsınız. Maraqlıdır ki, ötən mövsüm bu komanda ilə hər üç matçınız heç-heçə bitmişdi...
    – Biz hər oyuna 3 xal gözü ilə baxırıq. Düşünürəm ki, “İmişli”yə qarşı görüş də asan olmayacaq. Hər matç finala bərabərdir. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

    Bahar Rüstəm

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved