Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci dünya çempionatının bağlanış mərasimi baş tutub.
Prosport.Az xəbər verir ki, mərasim zamanı dünya çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, daha sonra isə növbəti mundialın ev sahibi olan Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Bununla da bədii gimnastika üzrə 43-cü dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Bakıda keçiriləcəyinə dair simvolik mərasim baş tutub.
Qeyd edək ki, həm 2026-cı ildə keçirilən dünya çempionatı, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq mundial Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Bakıda keçiriləcək çempionatda fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanmaq imkanı olacaq. Bu baxımdan yarış idmançıların Olimpiya Oyunlarına vəsiqə əldə etməsi yolunda mühüm mərhələlərdən biri hesab olunur.
Beləliklə, Azərbaycan 2027-ci ildə həm bədii gimnastikanın ən mötəbər yarışlarından birinə ev sahibliyi edəcək, həm də Olimpiada yolunda vacib təsnifat mərhələsini qəbul edəcək.
