Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Suraxanıda verilən ərazinin rəsmi sənədləşmə ərəfəsindəyik" – Aftandil Hacıyev
    15.08.2026 15:50:46

    "Qarabağ"ın akademiya komandaları — U-16 və U-19 Tbilisi "Dinamo"su ilə qarşılaşıb.

    Prosport.Az 12 avqustda keçirilən yoxlama matçlarından sonra "Qarabağ" Akademiyasının koordinatoru Aftandil Hacıyevdən müsahibə alıb.

    – Oyun haqqında fikirləriniz necədir?
    – Bu gün və 3 gün sonra 2 oyun olmaqla, U-16 və U-19 komandalarımız yoldaşlıq görüşləri keçirəcəkdi. Bu gün hər iki görüş baş tutdu. Hər iki komanda da kifayət qədər sürətli futbol nümayiş etdirdi. Düşünürəm ki, belə görüşlərin sayı çoxaldıqca gənc futbolçularımız təcrübələrini artırar, beynəlxalq oyunların sürətini və oyun anlayışını daha yaxından tanıyarlar. Bugünkü görüşlər həm U-19, həm də U-16 komandaları üçün faydalı oyun oldu. Hesab fərq etmir, necə olursa-olsun. Meydanda kifayət qədər sürətli və texnikalı futbolçular gördük.

    – Həm U-16, həm də U-19 yaş qruplarında çıxış edən oyunçuların performansından razı qaldınız?
    – Əlbəttə. Hazırda hazırlıq mərhələsidir və hər bir futbolçunun hazırlığının yüksəlməsi üçün belə yoxlama görüşlərinə ehtiyac var. Düşünürəm ki, həm U-19, həm də U-16 komandalarında futbolçular bütün bacarıqlarını ortaya qoymağa çalışdı. Təbii ki, tam olaraq hazırlıqları pik formasında olmaya bilər. Amma getdikcə oyunların sayı çoxaldıqca performansları yaxşılaşacaq. Düşünürəm ki, bu gün həm U-19, həm də U-16 yaş qruplarında yaxşı şeylər oldu. Oyunların sayı artdıqca daha yaxşı olacaqlar.

    – Yoxlama oyunları üçün təklif ilk olaraq sizdən gəldi, yoxsa rəqib tərəfdən?
    – "Dinamo" ilə sıx əlaqələrimiz var. Dosrluq müsahibətimiz davam edir. Biz yoxlama görüşlərinin keçirilməsi ilə bağlı təklif etdik. Onlar da müsbət cavab verdi. Növbəti yoxlama görüşləri 2 həftə sonra Gürcüstanda – Tbilisidə baş tutacaq. Bu dəfə fərqli yaş qrupları olacaq. Yenə U-19 yaş qrupunda oyunlar keçiriləcək, amma daha çox 2007 və 2008-ci il təvəllüdlü gənclər olacaq. U-15 komandalarımız isə bu dəfə 2 qrup şəklində Tbilisiyə yola düşəcək.

    – Hər iki yaş qrupundan rəqib komandanın oyunlarını izlədiniz. Bəyəndiyiniz futbolçu oldumu?
    – Əlbəttə. Gürcüstan hər zaman istedadlı futbolçuları ilə seçilib. Bu gün də beynəlxalq oyunlarda bir çox gürcü futbolçuları izləyirik. Onların ən məşhuru da Xviça Kvaratsxeliadır. Bu gün də meydanda həqiqətən kifayət qədər istedadlı futbolçular gördük. Bəlkə də 2-3 ildən sonra bu futbolçuları beynəlxalq arenalarda görəcəyik.

    – Bir müddət əvvəl xəbər çıxmışdı ki, “Qarabağ” Akademiyası üçün Suraxanıda əlavə torpaq sahəsi alınıb və həmin ərazidə fəaliyyət göstərəcək. Həmin torpaq alınıbmı? Sənədləşmə prossesi hansı mərhələdədir?
    – Bəli, belə bir söhbətlər gedir. Hazırda danışıqlar son mərhələyə gəlib çıxıb və Suraxanıda verilən ərazinin rəsmi sənədləşmə ərəfəsindəyik. Gələcəkdə bu işlər bitdikdən sonra düşünürəm ki, “Qarabağ” Akademiyasında dünya standartlarına uyğun çalışacağıq, müasir akademiyamız olacaq.

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Futbol

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Akademiya

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved