Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 finalda İspaniya təmsilçisi Peres Ramireslə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, bu mərhələdə serbiyalı Nikola Qiroviçlə qarşılaşacaq.
Bu gün, həmçinin 90 kq-dan yuxarı çəkidə Ramazan Əhmədov 1/8 finalda italiyalı Emiliano Rossi ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə edib.

