Para-pauerliftinq idman növü üzrə milli komandamızın üzvü Talıb Zeynalov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda +107 kq çəki dərəcəsi "gənc idmançılar" kateqoriyasında 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Qeyd edək ki, Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.
Milli komandamızın təcrübəli üzvü Şamo Aslanov isə +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək gümuş medal qazanıb. Qeyd edək ki, idmançımız fərdi kateqoriyada 205 kq nəticə göstərərək yarışı 4-cü pillədə tamamlayıb.

