Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mənim üçün Ağstafadan gələnlər vardı" – Pərviz Nəsibovun qardaşı ilə MÜSAHİBƏ
    13.08.2026 10:20:32

    Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında Ukrayna, İran, Almaniya, Finlandiya kimi ölkələri təmsil edən azərbaycanlılar da vardı. Bunların arasında Ukrayna yunan-Roma güləş millisini təmsil edən İbrahim Nəsibov (65 kq) xüsusən diqqət mərkəzində idi. Çünki bizə məlum idi ki, o, ikiqat olimpiya və ikiqat Avropa mükafatçısı Pərviz Nəsibovun qardaşıdır. İbrahim bu yarışdan Ukraynaya gümüş medalla qayıtdı. Finaldan sonra müsahibə vermək istəməmişdi.

    Prosport.Az müəyyən aradan sonra 16 yaşlı güləşçidən müsahibə götürüb.

    – Mayda Bolqarıstanın Samokov şəhərində keçirilmiş U-17 Avropa çempionatında yox idiniz. Bakıdakı dünya çempionatı zamanı millinin heyətinə düşməyiniz necə alındı?
    – Ukrayna çempionatında 3-cü yeri tutmuşdum. Mənim yarımfinalda uduzduğum güləşçi (Aleksandr Venetsi nəzərdə tutur) Avropa çempionatında medal qazana bilmədi. Daha sonra Ukraynada dünya çempionatına gedəcək heyəti müəyyənləşdirmək üçün yarış keçirildi. Orada 1-ci oldum və dünya çempionatında iştirak hüququ əldə etdim. Millinin təlim-məşq toplanışlarında daha əvvəl olsam da, ilk mötəbər turnirim Bakıda oldu.

    – Gümüş medalla Ukraynaya qayıtmağınız orada necə qarşılandı?
    – 1 qızıl və 2 gümüş medalla Ukraynaya döndük. Komanda sıralamasında 5-ci olduq. Hava limanı Ukraynada işləmədiyi üçün xüsusi qarşılanma da olmadı. Biz Bakıdan Varşavaya təyyarə ilə uçub, oradan da Kiyevə avtobusla gəlmişik. Amma məşq etdiyim zalda xüsusi qarşılanma oldu. Məşqçilər, güləşçilər, onların valideynləri məni alqışlayıb, təbrik etdi.

    – İlk görüşlərdə böyük hesablı qələbələr qazandınız (gürcüstanlı Vasili Lomcariaya 8:0, hindistanlı Kunal Daqara 9:0 qalib gəlib). Lakin 1/4 finaldan etibarən rəqiblərlə görüşlər çətinləşdi...
    – 2-ci görüşümdən sonra düz əməlli istirahət etməyə vaxtım olmadı. Yorulmuşdum. 5 görüşdən sonra yenidən güləşməli idim. Amma bununla belə 1/4 finalda qalib gəldim (moldovalı Nikolay Çernousu 7:5 məğlub etdi).

    – Yarımfinalda 2 azərbaycanlı güləşçi qarşılaşdı. Orxan Həbibli üzərində 4:3 qalib gələrək finala çıxdınız. Həmin görüş barədə nə deyə bilərsiniz?
    – Çox çətin güləş alındı. Orxanla tanışlığım olmasa da, Bolqarıstanda onun güləşini izləmişdim. Bürünc medal uğrunda görüşdə bizim güləşçini 9:0 məğlub etmişdi.

    – Finalda milliyyətcə avar olan Şamil Labazova 5:7 hesabı ilə uduzdunuz. Çox əsəbi idiniz. Hətta müsahibə vermək istəmədiyinizi xanım həmkarlarımızdan birinə aqressiv formada bildirdiniz. Rəqibin Rusiyanı təmsil etməsi və ona uduzmağınız sizə çox təsir etmişdi?
    – Elə beynimdə özümü bu məsələyə kökləməyim pis oldu. Döşəyə prinsipial düşmən kimi çıxmışdım. Hərçənd milliyyətcə nə o rus, nə də mən ukraynalı deyildik. Amma bu formada meydana çıxmağım məni "yandırdı". Yeri gəlmişkən, sizin vasitənizlə həmin xanım jurnalistə davranışıma görə məni üzrlü bilməsini xahiş edirəm.

    – Məşqçiləriniz bu məsələyə necə reaksiya verdi?
    – Şəxsi məşqçim dedi ki, çox yaxşı güləşmədim, bundan da yaxşı çıxış edə bilərdim. Dedi ki, hələ 1 ilimiz var. İstirahət edib, yenidən formaya düşmək lazımdır. Millinin məşqçisi isə dedi ki, heç nə olmaz, yaxşı güləşmişəm.

    – İlk dəfə Bakıda bir yarışda çıxış edirdiniz. Yerli publikadan özünə bir dəstək gördünüz?
    – Bəli. Bakıda çoxlu qardaşlarım var. Sərxan Qasımov adlı qardaşım məni orada çox yaxşı qarşıladı. Bu baxımdan tribunada azarkeşsiz qalmamışdım. Əslimiz olan Ağstafadan da gələnlər vardı. Əmimoğlu orada idi.

    – Bakıda sonuncu dəfə nə vaxt olmuşdunuz?
    – 10-11 yaşım olardı. Qardaşım Pərviz Azərbaycana daha çox gedə bilir. Mən 11-ci sinifdə oxuyuram. Məktəb və məşqlərdən boş vaxtım çox olmur.

    – Yarışdan sonra icazə alıb, Azərbaycanda qalmaq mümkün deyildi?
    – Bunu çox istərdim. Ancaq Ukraynada müharibə vəziyyəti ilə bağlı məşqçilər bizim yerimizə icazə alır, Ukraynaya qayıdacağımıza zəmanət verir. Ona görə də belə etmək alınmırdı.

    – Dünya çempionatının təşkilatçılığı ürəyinizcə oldu?
    – Təşkilatçılıq əla idi. Azərbaycandakı kimi U-17 dünya çempionatının keçirildiyini heç harda görməmişdim.

    – Azərbaycan yunan-Roma güləşçilərinin 3 finalda uduzmasını siz nə ilə əlaqələndirərdiniz?
    – Fizika baxımdan onların necə hazırlaşdıqlarını bilmirəm. Amma ümumi desəm, hər şey Allahdan gəlir. Allah nə qismət edirsə, o da olacaq.

    – Yunan-Roma güləşində Timur Məhərrəmov (48 kq) və Rəhman Həmidov (60 kq) də azərbaycanlıdır. Qardaşınız da yunan-Roma güləşində Ukraynanı təmsil edir. Demək olarmı ki, Ukraynada yunan-Roma millisinin 1/3 hissəsini azərbaycanlılar təşkil edir?
    – (gülür) Elədir.

    – Sizə Azərbaycandan millidə çıxış etmək təklifi olub?
    – Düzünü desəm, mənə olmayıb. Qardaşıma təklif edilib. Mənə təklif olarsa, baxıb dəyərləndirməyə çalışarıq.

    Səbuhi Musa

    Güləş

    2 güləşçimiz Las-Veqasda dünya 3-cüsü oldu

    18.10.2026 15:24:04
    Güləş

    AGF-də regional güləş koordinatorları ilə görüş keçirildi

    17.10.2026 23:43:54
    Güləş

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49
    Güləş

    Dünya çempionatında 2-ci gümüş medal

    16.10.2026 09:00:51
    Güləş

    AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir - FOTO

    15.10.2026 19:22:49
    Güləş

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved