Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Onları hansısa səhvinə görə qınamırıq, əksinə, dəstəkləyirik" – "Qarabağ"ın baş məşqçisi
    13.08.2026 09:30:05

    “Qarabağ”ın U-16 komandası “Dinamo"nun (Tbilisi) eyni yaşlı komandasına 1:2 hesabı ilə məğlub olub.

    Matçdan sonra “Qarabağ”ın baş məşqçisi Emin Mollayev qarşılaşma ilə bağlı Prosport.Az-a müsahibə verib

    – Oyunla bağlı fikirləriniz necədir?
    – Maraqlı oyun alındı. Həm ilk hissə, həm də 2-ci hissə maraqlı keçdi. Ümumiyyətlə, belə oyunların ölkəmizdə baş tutması, yoxlama görüşü olsa belə, komandaya böyük təcrübə qazandırır. Düzdür, biz beynəlxalq turnirlərdə də oynayırıq, gedirik, gəlirik. Amma bu ay “Sabahın Ulduzları” ilə paralel olaraq belə bir oyunun təşkil olunması komandaya əlavə stimul verdi. İnanırıq ki, uşaqlar bu oyundan yaxşı praktika qazana bildi.

    – Məğlub olmağınıza baxmayaraq, futbolçuların performansından razı qaldınız?
    – Uşaqların yaşları azdır. Biz onları hansısa səhvinə görə qınamırıq, əksinə, dəstəkləyirik. Çünki hazırda onların öyrənmə vaxtıdır. Bugünkü səhvlər olmasa, onların gələcəkdə futbolçu olmaq ehtimalları azala bilər. Əslində, bu səhvlər onların futbolçu olmaq ehtimalını artırır. Çünki bu yaşda səhv edərək gələcək üçün praktika qazanırlar. Nəyi harada və necə etməli olduqlarını daha yaxşı öyrənirlər. Biz də onları həm göstərdikləri oyuna, həm də etdikləri səhvlərə görə analiz edir, bunları daha yaxşı necə edə biləcəklərini izah edirik. Hər mənada futbolçularımızı dəstəkləyirik, onların yanındayıq.

    – 3 gün sonra da oyun nəzərdə tutulub. Həmin görüşə qədər hansı səhvləri düzəltməyi planlaşdırırsınız?
    – Bəzi futbolçular ilk qarşılaşmada az şans əldə etdi. Növbəti oyunda onlar tam olaraq oynayacaq. Həmin görüşün də bizim üçün qazanc olacağını düşünürəm. Bu oyunların keçirilməsi “Qarabağ” futbol komandasının təşəbbüsü ilə baş tutub. Mən rəhbərliyə təşəkkürümü bildirirəm. Həm futbolçular, həm də məşqçilər heyəti müəyyən praktika qazanır. Bu da bizim xeyrimizə olan amildir.

    – “Dinamo”dan başqa, digər komandalarla da yoxlama oyunlarının keçirilməsi ilə bağlı danışıqlar aparılır?
    – Bu haqda məlumatlı deyiləm. İndi “Sabahın Ulduzları” çempionatı keçirilir. Amma mövsümün gedişində hansısa beynəlxalq turnirdə iştirak edəcəyik. Artıq 2-3 ildir ki, komandalarımız demək olar ki, bütün yaş qruplarında fərqli ölkələrdə keçirilən turnirlərdə iştirak edir. Bu da komandamızın, ümumilikdə “Qarabağ” futbol komandasının adına müsbət göstəricidir.

    – Yeni mövsümün hazırlıq prosesi necə gedir? Komanda istədiyiniz performansı göstərirmi?
    – Ümumiyyətlə, avqust ayında ən tez başlayan komandalardan olmuşuq. Artıq 1 aydan çoxdur ki, komanda şəklində məşq edirik. Mümkün qədər komandanın hazırlıq səviyyəsini üst səviyyəyə çatdırmışıq. Amma bu o demək deyil ki, bununla kifayətlənəcəyik. Hazırlıq prosesinin gedişində komandanı daha da yaxşı və müsbət istiqamətdə inkişaf etdirməyə çalışacağıq.

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved