Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanıb.
Prosport.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Süleyman Şükürov III yer uğrunda görüşdə Serbiya təmsilçisi Boqdan Veliçkoviçə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İsgəndərov (55 kq) isə bürünc medal əldə edib.
2 qızıl, 3 gümüş və 2 bürünc medalla Azərbaycan millisi yarışın turnir cədvəlinə başçılıq edir. Cüdonun vətəni Yaponiya millisi 2 qızıl medalla 2-ci sıradadır. 1 qızıl, 1 gümüş və 2 bürünnc medalla Qazaxıstan 3-cü sıradadır.

