3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində qadın millimiz və “Neftçi” klubunun qrupları və oyun təqvimləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, avqustun 27-28-də Macarıstanın Debretsen şəhərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 20-ci mərhələsi baş tutacaq.
Debretsen mərhələsində iştirak edəcək qadın millimiz D qrupunda bu həftə Bakı mərhələsinin qalibi olmuş “Düsseldorf Zoos” (Almaniya) və “Dyör” (Macarıstan) klubları ilə qarşılaşacaq. Təmsilçimiz “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna milliləri ilə mübarizə aparacaq. Qadın millimiz qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40-da "Düsseldorf Zoos"a qarşı, “Neftçi” isə saat 14:50-də Ukraynaya qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq.

