Azərbaycan atletika millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 dünya çempionatında çıxış edəcək.
Prosport.Az xəbər verir ki, idmançı 400 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış avqustun 5-dən 9-dək davam edəcək.
