Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda fransalı Alisia Pulanja qalib gəlib. Bununla da o qadın cüdomuzda dünya çempionu olan ilk idmançımız kimi tarixə adını yazdırıb.
Lakin oğlanlarda eyni uğur yaşanmayıb. Belə ki, finalda Məhəmməd Musayev (60 kq) və Əbil Yusubov (66 kq) uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 1 dəst medal əldə edib. Nihad Məmişov qızıl, Məhəmməd Məmişov (hər ikisi 50 kq) gümüş, Mirxaliq İsgəndərov (55 kq) isə bürünc medala yiyələnib.

