Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanda vitse-prezidentin atası danışılmış oyunlara görə cəzalandırıldı – FOTO
    30.07.2026 17:43:37

    Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Azərbaycan tennis millisinin məşqçi/kapitanı Yalçın Manaflını cəzalandırıb.

    Prosport.Az-ın xəbərinə görə, onun danışılmış oyunların mərcə qoyulmasında iştirakı bəlli olub.

    Bu səbəbdən Moldovanın paytaxtı Kişinyovda keçirilən "Deyvis Kap" turniri zamanı onun telefonuna baxış keçirilməsi istənilib. Lakin o, telefonunu verməkdən imtina edib. Bu səbəbdən Y.Manaflı 11 iyundan etibarən bütün yarışlardan müvəqqəti diskvalifikasiya olunub. 

    Sözügedən şəxs Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflının atası və federasiyada koordinator vəzifəsində çalışır. O, Azərbaycanda ənənəvi olaraq keçirilmiş Dünya Tennis Turu turnirinin direktoru da olub. Bu diskvalifikasiya Dünya Tennis Turu, WTA, ATP, "Böyük Dəbilqə" və ya Azərbaycan Tennis Federasiyası tərəfindən təşkil edilən yarışlarda oynamaq, məşqçi olmaq və ya iştirakı ehtiva edir.

    Y.Manaflı müvəqqəti diskvalifikasiya qərarından Tennis Anti-Korrupsiya Proqramı (TACP) çərçivəsində fəaliyyət göstərən Anti-Korrupsiya Dinləmə Məmuru (AHO) Filipp Kavalyerosa apellyasiya şikayəti edib. Lakin apellyasiya "əsaslı dəlil olmadığından" rədd edilib.

    Əldə etdiyimiz məlumata görə, bunadək cəzalandırılmış tennisçilərdən biri dindirilmə prosesi zamanı Yalçın Manaflının da adını çəkib. Orada Manaflının mərc kontorlarında iştirakı bildirilib. Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Araşdırma yekunlaşdıqdan sonra cəzanın müddəti və cərimənin məbləği açıqlanacaq.

    Qeyd edək ki, Yalçın Manaflı koordinator kimi 10-13 iyunda Moldovanın paytaxtı Kişinyovda keçirilmiş "Deyvis Kap"da iştirak edib. Həmin turnirdə millimiz ata-oğul Manaflıların rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimovla təmsil olunub.

    Komandamız A qrupunun oyunlarında Latviyaya və İrlandiyaya 0:3, Monteneqroya isə 0:2 uduzub. Daha sonra komandamız digər qrupun 3-cüsü ilə görüşdə Gürcüstana da 0:2 yenilib və turnirdə Kosovo ilə birgə sonuncu olub. Yalçın Manaflı Latviya ilə oyunda iş başında olsa da, digər matçlardan sanksiyaya görə uzaqlaşdırılıb.

    Xatırladaq ki, Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərlidir. O, mayın 1-də bu federasiyaya prezident seçilib. Ə.Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu və "Efendiler Group"un rəhbəri kimi tanınır.

    Səbuhi Musa

    Stolüstü oyunlar

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    Digər idman növləri

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36
    Digər idman növləri

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Digər idman növləri

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved